Əsas Səhifə > Partiya, Güney Press > "Sərhəd qüvvələrimiz Laçınla Ermənistanın arasında dayanmalıdır"

"Sərhəd qüvvələrimiz Laçınla Ermənistanın arasında dayanmalıdır"


11-07-2022, 09:21
"Sərhəd qüvvələrimiz Laçınla Ermənistanın arasında dayanmalıdır"
“Düşünürəm ki, yaxın müddətdə Xocalı və Xankəndi Azərbaycanın nəzarətinə keçəcək. Bu ilin avqust-sentyabrına qədər Ermənistan Azərbaycanla sülh müqaviləsinə imza atmalıdır. Rus sülhməramlılarının oradan çıxması üçün gərək Ermənistan da “hə” deyə. Bu imzalanmış üçtərəfli müqavilədə yazılıb”. DİA.AZ xəbər verir ki, bu sözləri Sitat.info-ya açıqlamasında Gələcək Azərbaycan Partiyasının fəxri üzvü Rəsul Quliyev bildirib.
Partiya sədri qeyd edib ki, bütün bunlar 2023-cü ildə baş verəcək: “Fikirimcə, bütün bunlar gələn il baş verməlidir. Bundan əlavə, Xocalı və Xankəndi və digər kəndlər də Azərbaycanın nəzarətinə keçməlidir. Sözsüz ki, Laçın dəhlizi bağlanmalıdır. Sərhəd qüvvələrimiz Laçınla Ermənistanın arasında dayanmalıdır. Hadisələr bu cür cərəyan etməlidir. İlham Əliyevin apardığı xarici siyasət tamamilə bu istiqamətdə inkkişaf edir. 2020-ci ildə ordumuz, başda prezident Əliyev olmaqla bu müharibəni udub. Bu gün dünyada həm Azərbaycanın nüfuzu, həm də prezidentin nüfuzu həddən artıq yuxarı səviyyədədir. Əliyevi çox böyük məmnuniyyətlə Avropa İttifaqında qəbul ediblər. Avropa İttifaqının prezidentinin dostluq münasibəti, Baydenin İlham Əliyevə məktub göndərməsi -bunlar hamısı onu deməyə əsas verir”.

Geri qayıt