Əsas Səhifə > Partiya, Güney Press > "İnsan əsəbiləşib, kitablarını yandırıb, fikrini izah edib"

"İnsan əsəbiləşib, kitablarını yandırıb, fikrini izah edib"


8-07-2022, 08:29
"İnsan əsəbiləşib, kitablarını yandırıb, fikrini izah edib"
Azərbaycan Milli Kulinariya Mərkəzinin keçmiş direktoru, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov illərlə yığdığı, milli kulinariyaya aid kitabları yandırıb.

Bu barədə Tahir Əmiraslanovun özü sosial şəbəkədə məlumat yayıb.

Kitabları bir yerə töküb, yandıran kulinariyaçı məsələyə bu cür aydınlıq gətirib:

"Hər dəfə əsəbiləşəndə kitabların və arxivin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır. Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazım olmayan şeylərin üstündə niyə əsməliyəm ki?"

Qeyd edək ki, hazırda kitabların yandırılmasına etiraz edənlərin sayı artıb. Dia.az xəbər verr ki, cebhe.info bununla bağlı yazarlar arasında sorğu keçirib.

*Azərbaycanın tanınmış yazıçısı Seyran Səxavət bildirib ki, bu, onun etiraz formasıdır:

"İnsan kitabları necə yandıra bilər? Bütün kitab yazanlar deyir ki, kitab bizim balalarımızdır. O, kitabları yandırmaqla başqalarının balalarını yandırıb. Belə çıxır. İşin içində deyiləm, bəlkə ona qarşı böyük haqsızlıq olub. Bu kitabları yandırmaqla o da öz etirazını göstərir. Hər halda bu etirazı başqa cür göstərməli idi. Kitab Allahın dilsiz-ağızsız körpəsi kimidir. Onu yandırmağa nə var ki?”

Yazıçı təyinat məsələsinə də münasibət bildirib:

"Bu nə təyinatdır? Bundan Allah da baş aça bilməz. İndi Tahir Əmiraslanov qolunu çirmələyib Orxan Fikrətoğlunun işlərini görməlidir. Yazıçı hara, kulinariya hara? İnanmıram ki, Orxan Fikrətoğlu Tahir Əmiraslanovu əvəz edə bilsin".

*Milli Məclisin deputatı, tanınmış yazıçı-jurnalist Aqil Abbas bildirib ki, Tahir Əmiraslanov bunu əsəbiləşərək edib:

"İnsan əsəbiləşib, kitablarını yandırıb, fikrini izah edib. Kitab yandıran adamlar olub, Tahir Əmiraslanov kitab yandıran ilk adam deyil. Bir səhvdir edib, buna görə bütün yaradıcılığını yandıraq? Mən sevmədiyim kitabları yandırmışdım, onları yandıranda heç kəs dillənmədi. Sosial şəbəkələrdə buna narazılıq edirlər. İnsanlar Əkrəm Əylislinin kitabları yandırılanda narazılıq bildirərdi".

*Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli isə qeyd edib ki, o, eyni addımı atmazdı:

"Bəlkə nəyəsə, etiraz edib. Bu da onun etiraz forması ola bilər. Amma mən şəxsən belə addım atmazdım. Çünki kitablar bizim mənəvi sərvətimizdir. Onları yandırmağı düzgün hesab etmirəm".

Geri qayıt