Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan bu işlərin öhdəsindən yüksək peşəkarlıqla gəlir"

"Azərbaycan bu işlərin öhdəsindən yüksək peşəkarlıqla gəlir"


13-06-2022, 09:07
"Azərbaycan bu işlərin öhdəsindən yüksək peşəkarlıqla gəlir"
“Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə davam edir. “Formula-1” yarışlarının növbəti dəfə Bakıda keçirilməsi inamın, etimadın göstəricisidir. Azərbaycan bu işlərin öhdəsindən yüksək peşəkarlıqla gəlir, ona görə də dəyərləndirilir, qiymətləndirilir”. DİA.AZ xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

C.Osmanov qeyd edib ki, “Formula-1” yarışları ilə əlaqədar bütün şərait yaradılıb, azarkeşlərin rahatlığı üçün böyük işlər görülüb: ““Forluma-1" ən böyük azarkeşə sahib olan yarışlardan biridir, təxminən yarım milyard izləyicisi var. Bu da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Dünya ictimaiyyəti belə beynəlxalq tədbirlər vasitəsilə ölkəmizin inkişaf etdiyini görür. Yarışların yüksək peşəkarlıqla keçirilməsi ölkəmizdəki vəziyyətin sabit olduğunun göstəricisidir. Bütün dünya Azərbaycanın sabit, multikultural, qonaqpərvər ölkə olduğunu görməkdədir. Belə yarışlar iqtisadiyyata da təkan verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə münbit şərait yaradılıb”.

Deputat vurğulayıb ki, Azərbaycan belə mötəbər yarışlara ev sahibliyi etdiyi vaxtda bəzi qüvvələr prosesə kölgə salmağa çalışırlar: “Onlar ölkənin uğurlarını görmək istəmirlər. Baxın, həmin insanlar “Formula-1” yarışları ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayırlar. İddia edirlər ki, Bakıda “Formula-1” yarışlarında qəzalar daha çox olur, bu da yol infrastrukturu ilə bağlıdır. Guya başqa ölkələrdə keçirilən yarışlarda qəzalar baş verməyib... Bildirirlər ki, yarış keçirilən əraziləri örtüklə tamamilə qapadıblar. Guya bu, bilet almayanların izləməməsi üçündür. Absurd yanaşmadır. Gözlərini açıb, dünyanın məşhur bloqerlərinin Azərbaycanla bağlı paylaşımlarına baxsınlar. Ölkəmizlə bağlı kifayət qədər müsbət rəylər var. “Formula-1” yarışlarının təşkilatçısı bildirir ki, yarışların Bakıda keçirilməsindən məmnundur. Bu da qaragüruh qüvvələrə cavabdır. Avtomobillərin yarışıdır, sürət yüksəkdir, hər an qəza baş verə bilər. Bu, Bakının yol infrastrukturu ilə əlaqədar deyil ki... Ərazinin tamamilə qapadılması məsələsinə gəldikdə isə, bu, təhlükəsizliklə bağlıdır. Azərbaycan yarışı yüksək səviyyədə təşkil edib, qaragüruh qüvvələr növbəti dəfə iflasa uğrayıb. Bunu bütün dünya görür, Azərbaycan rəhbərliyinə, xalqına minnətdarlıqlarını bildirirlər”.

Geri qayıt