Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğludan Tovuzun icra başçısına bayraqla bağlı SƏRT SÖZLƏR:

Sərdar Cəlaloğludan Tovuzun icra başçısına bayraqla bağlı SƏRT SÖZLƏR:


31-05-2022, 08:35
Sərdar Cəlaloğludan Tovuzun icra başçısına bayraqla bağlı SƏRT SÖZLƏR:
Şəhidin vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun bayraqla münasibəti geniş müzakirələrə səbəb olub.

DİA.AZ xəbər verir ki, icra başçısının bayrağı bükməsi sosial şəbəkələrdə etirazlarla qarşılanıb.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da məsələyə bildirib. Partiya sədri SİTAT.İNFO-ya açıqlamasında bildirib ki, icra başçının rəfttarı onun qanundan xəbərsiz olmasını göstərib:

"Azərbaycanda dövlətçilik şüuru aşağı səviyyədə olduğuna görə nə dövlət nümayəndələri, nə məmurlar, nə də vətəndaşlar istiqlal gününü ciddi şəkildə qeyd etmədilər. Bu, dövlətçilik şüurunun zəifliyi ilə bağlıdır. Bayrağa, gerbə, dövlətə, ərazisinə, millətinə, xalqına, dilinə, dininə və hər şeydən əvvəl Azərbaycan Respublikasının Konstitusiyasına hörmət edilməlidir. Lakin bizdə ən çox pozulan elə konstitusiyadır.

Hesab edirəm ki, məmurların dövlət atributları ilə bağlı rəftarı onların təsadufi insanlar olması ilə əlaqədardır. Əslində heç kimə xüsusi qanun lazım deyil. Əgər onun qəlbində məhəbbəti, sevgisi varsa, heç kimin xüsusi təzyiqi və göstərişi olmadan bayrağı, gerbinə hörmətlə yanaşar.

Onu da deyim ki, bayraqla bağlı qanun var ki, necə təqdim olunmalıdır. Onun rəftarı göstərir ki, qanundan da xəbəri yoxdur".

Geri qayıt