Əsas Səhifə > Partiya, Güney Press > Xanımları partiya sədrlərinin ayağını yuyub?
Xanımları partiya sədrlərinin ayağını yuyub?27-05-2022, 10:50 |
Aparıcı Lalə Azərtaşın fikirləri günlərdir ki, gündəmdən düşmür. Belə ki, aparıcı bir neçə gün öncə canlı yayımda boşanmalar barədə danışarkən fikirlərini maraqlı şəkildə ifadə edib: “Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan. Hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”. Onun bu sözləri qısa zamanda sosial şəbəkələrdə əsas müzakirə mövzusu olub. Günlərdir gündəmi zəbt edən fikirlərlə bağlı aparıcı sadəcə “el dilində” deyilən bir söz olduğunu deməklə kifayətləndi. Buna baxmayaraq, həm şou biznes nümayəndələri, həm də digər tanınmış şəxslər Lalə Azərtaşı tənqid edib. Lakin aparıcının bu sözləri məcazi mənada dediyini bildirən və hətta ona dəstək olan şəxslərin də var. Bəs siyasətçilər bu barədə düşünürlər? Partiya sədrlərin həyat yoldaşlarının kişilərin ayağını yumasına necə baxırlar? dia-az.life xəbər verir ki, cebhe.info bu suallara cavab tapmaq üçün partiya sədrləri arasında sorğu keçirib. Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə açıqlamasında deyib ki, Azərbaycan ailəsində qadın və kişi arasında hər zaman hörmət olub: “Hesab edirəm ki, bu məcazi mənada deyilən ifadədir və Lalə Azərtaşı linç etmək də heç bir halda düzgün deyil. Buna baxmayaraq, Azərbaycanda ailə başçısı hər zaman xanımına çox isti münasibətlərdə olub. Yəni fərqində olmaq lazımdır ki, ailənin xanımı övladların anasıdır və ailəni yönləndirən əsas simadır. Həmçinin, qarşılıqlı olaraq ailənin xanımı da həyat yoldaşına övladlarının atası və ailənin keşiyində dayanan şəxs olaraq ən yüksək səviyyədə hörmət edir. Sirr deyil ki, ailə başçısına ən yüksək səviyyədə hörmət edən qadın onu ucaldıb. Azərbaycan ailəsində qadın və kişi hər zaman bərabər hüquqlara sahib olub. Təbii ki, burada yaxşı və tam ailələrdən söhbət gedir. Düşünürəm ki, qadının həyat yoldaşının ayaqlarını yumasında heç bir qəbahət yoxdur. Əgər bir balaca narahatlıq keçirirəmsə, xanımım o narahatlığın aradan qaldırılması üçün əlindən gələni etməyə çalışır. Dərman vermək, ayaq yumaq və s. kimi şeylər normal ailələrdə olur. Əslində ayaq yumaq ifadəsi qadının da öz ailə başçısının keşiyində durması deməkdir”. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, ailədə sevgi və hörmət olanda heç bir hərəkət alçaldıcı sayılmır: “Amma evdə kiminsə öz üstünlüyünü nümayiş etdirmək üçün ayaq yumağı tələb etməsi yolverilməzdir və qətiyyən belə şeyi təqdir etmək olmaz. Qadının öz həyat yoldaşına məhəbbətini və istəyini bu şəkildə ifadə etməsini isə ancaq alqışlamaq lazımdır. Yeri gələndə ər arvadının, arvad da ərinin ayaqlarını yumalıdır. Əlbəttə ki, həyat yoldaşım ayaqlarımı yuyub. Mən xəstə olanda və ya çox ağır işlədikdən sonra ayağım batıbsa, yuyub. Burada nə var ki?” Ağ Partiya başqanı Tural Abbaslı isə bildirib ki, həyat yoldaşı ağır və xoş gündə həyatının yoldaşıdır: “Biz həm xalq, həm də millət olaraq çox minillik tarixə malikik. Bizim milli-mənəvi və dini dəyərlərimiz var. Düşünürəm ki, ailə ən gözəl formada bizim mental dəyərlərimizdə və dinimizdə öz əksini tapıb. Bu qaydalara uyğun olan hər şeyi qəbul edir, uyğun olmayanları isə qəbul etmirik. Yəni biz milli-mənəvi dəyərlərimizə və soyumuza, kökümüzə bağlı xalqıq. Həyat yoldaşım hələ ayaqlarımı yumayıb, amma lazım olsa, yuyacağını bilirəm. Hətta lazım olsa mən də onun ayaqlarını yuyaram. Yəni peyğəmbərimizin nümunələri var ki, biz onları götürə bilərik”. Azadlıq Partiyasının sədri Əhməd Oruc isə belə şeyləri qəbul etmədiyini bildirib: “Yəni indiki dövrdə belə şeyləri doğru saymıram. Ailədə qarşılıqlı şəkildə bir-birinə hörmət olmalıdır. İnsan xəstə və ya yaralı olsa, ayaq yumaq olar. Lakin bu, əks halda insanın bir növ alçadılması deməkdir. Mənim həyat yoldaşım ayaqlarımı yumayıb. Çünki heç vaxt ayağımı özüm yuya bilməyəcək vəziyyətə düşməmişəm”. Geri qayıt |