Əsas Səhifə > Partiya, Güney Press > "Təbii ki, yetərli faktlar olmasaydı, o həbs olunmazdı"

"Təbii ki, yetərli faktlar olmasaydı, o həbs olunmazdı"


9-05-2022, 08:48
"Təbii ki, yetərli faktlar olmasaydı, o həbs olunmazdı"
Uzun sürən fasilədən sonra qalmaqallı iş adamı Mübariz Mənsimov yenə mediada peyda olub. Özünü təmizə çıxarmaq, öz ətrafında “prinsipial, təmiz, bacarıqlı iş adamı” imici formalaşdırmaq cəhdi ilə kimə gəldi qara yaxıb. Müflisləşmək üzrə olan, təkcə varidatını yox, az-çox qalan nüfuzunu da itirən Mənsimov başına gələnlərə görə hamını günahlandırıb. Məsələn, onun SOCAR-la bağlı səsləndirdiyi ittihamlar ümumi, sübutsuz, heç bir konkret faktlara əsaslanmayan iddialardır. Konkret olaraq ittihamın nədən ibarət olduğu da aydın deyil. Türkiyə və Britaniyada məhkəmə proseslərini uduzmuş Mənsimov buna görə də SOCAR-ın o vaxtkı rəhbərliyini ittiham edir. Faktiki olaraq, həm Türkiyədə, həm Böyük Britaniyada məhkəmənin müstəqil olmadığını, təpki və sifarişlə işlədiyinə işarə edir. Bəllidir ki, London məhkəməsi Mənsimovun SOCAR-a 230 milyon dollar ödəməli olduğu haqda qərar çıxarıb. Çünki o, Azərbaycan şirkətinin məhsulunun dünya bazarına çıxarılmasına dair öhdəliyi yerinə yetirməyib. London məhkəməsinin qərarı ilə Mənsimovun gəmilərinə həbs qoyulub. İş adamı bu qərar kimin “sifarişidi”? Bu sualları cavablandırmaq əvəzinə hansısa “avtoritet razborka”ları haqda nağıllar danışır. Özünü az qala kriminal serialların qəhrəmanına bənzədir. Əslində isə söhbət fırıldaqçı, biznes ortaqlarına kələk gəlməyə çalışan adamdan gedir. Müsahibələrində tez tez sovet ordusunun tərkibində Əfqanıstanda olduğunu deyən M.Mənsimov bu məsələdə də yalan söyləyir. Azərbaycan MN-nin məlumatına görə, 1968-ci il təvəllüdlü Mənsimov Mübariz Qurbanəli oğlu 1987-ci ilin iyulundan 1989-cu ilin aprelinə qədər Soven qoşunlarının Almaniya Demokratik Respublikasının Finovfurt şəhərində yerləşən hərbi hissəsində xidmət edib və Əfqanıstanda olmayıb. Bu faktın özü Mənsimovun söylədiklərinin yalan və uydurma olduğuna nümunədir.

"Təbii ki, yetərli faktlar olmasaydı, o həbs olunmazdı"

Dia.az-ın məlumatına görə, YAP Səbail rayon təşkilatı gənclər birliyinin sədr müavini Fuad Heydər "Sherg.az"a açıqlamasında bildirib ki, bəzi adamlar qanun qarşısında cavab verə bilmədikləri üçün qanunları və barələrində verilmiş hökmləri ədalətsiz sayırlar:

"Mübariz Mənsimov özünü "xeyirxah insan" qələmə versə də, xeyli nöqsanları oldu. "Şirkətlərində heç vaxt erməni çalışdırmaram" desə də, sonradan məlum oldu ki, sahibi olduğu şirkətlərdə ermənilər də işləyir. Daha sonra adı terrorçu FETÖ ilə hallandı. Aparılan istintaqdan sonra Türkiyə məhkəməsi barəsində həbs qərarı verdi. Təbii ki, yetərli faktlar olmasaydı, o həbs olunmazdı. Ona görə də Azərbaycandan kimsə bu prosesə müdaxilə edə bilməzdi. M.Mənsimovun heç kimi suçlamağa, əsassız iddialar səsləndirməyə haqqı yoxdur. O deyib ki, "Qarabağa investisiya qoymaq niyyətində deyil". Kimsə M.Mənsimovdan Qarabağa yatırım tələb etmir. İnvestisiya qoymursa, bunun bizim üçün əhəmiyyəti yoxdur. Onsuz da Qarabağda dövlət xətti ilə sürətli quruculuq işləri gedir. Qarabağ sərmayə yatırmaq istəyənlərin də sayı kifayət qədərdir".

Geri qayıt