Əsas Səhifə > Partiya, Güney Press > "Deyir ki, erməni etdi neylədilər ki, mən də edəcəm neyləcəklər?"

"Deyir ki, erməni etdi neylədilər ki, mən də edəcəm neyləcəklər?"


4-04-2022, 11:15
"Deyir ki, erməni etdi neylədilər ki, mən də edəcəm neyləcəklər?"
Müasir dövrdə, qloballaşma şəraitində dünyanın bir bölgəsində yaranan tendensiyaların, o cümlədən də müharibələrin təsiri və əks-sədası tez bir zamanda bəşəriyyətin digər qütblərində özünü bu və ya digər şəkildə büruzə verir.

Bu mənada dünyada sülhün, əmin-amanlığın bərqərar edilməsinə, ədalətsizliyin aradan qaldırılmasına, faciələrin qarşısının alınmasına bütün dünya əl-ələ verərək, insanlar, xalqlar və ölkələr arasında heç bir milli, dini, irqi, coğrafi fərq qoymadan birgə səy göstərməlidir. Burada iqtisadi-hərbi potensialı baxımından real güc amilinə çevrilən BMT, ATƏT kimi təşkilatların üzərinə, necə deyərlər, daha ağır "yük" düşür. Təəssüf doğuran haldır ki, sivilizasiyanın yüksək həddə çatdığı indiki dövrdə də dünyanın mənzərəsi bir sıra hallarda bu və ya digər ölkələrdə baş verənlərə subyektiv və selektiv yanaşmalarla, birinə "olar", digərinə "olmaz" prinsipinin üstün tutulması ilə xarakterizə olunur. Hansısa ölkə özünü “ərköyün uşaq” kimi apararaq beynəlxalq təşkilatların tribunalarından səsləndirilən tələblərə məhəl qoymur. Başqa bir ölkə, xalq pozulmuş haqqını geri qaytarmaq, beynəlxalq hüququn təsbit etdiyi normaların, ədalətin bərpasına nail olmaq istəyir, ona dərhal barmaq silkələnir. Bir sözlə, özünün iqtisadi, hərbi potensialı ilə öyünən ayrı-ayrı böyük dövlətlərin, həmçinin, bir sıra beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədikləri mövqe onların ikili standartlardan çıxış etmələrinə bariz nümunədir. Maraqlıdır, bu gün Ukraynada baş verən hadisələrə bütün dövlətlər reaksiyasını verir, Rusiyaya sanksiyalar tətbiq olunur. Ukraynada dinc əhali öldürülür. Ancaq dünya göz yumur. Rusiya kimi imperialist ölkə hələ də mahiyyətini dəyişməyib. Xocalıda 30 il bundan öcə soyqırıma göz yuman dünya bu gün dilə gəlib? Günahkarların beynəlxalq məhkəmələrəd cəzalandırılması tələb olunur. Beynəlxalq təşkilatların, dünyanın aparıcı ölkələrinin haqq-ədaləti budurmu? Dia.az-ın məlumatına görə, Milli Məclisin deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında bildirdi ki, dünya hər zaman belə ədalətsizliklə, haqsızlıqla, qanunlarla yox, güclə idarə olunub deyə, bax belə müsibətlər də baş verir. Deputat qeyd edib ki, əgər 90-cı illərin əvvəllərində dünya ədalət, haqq, insanlıq uğrunda səsini qaldırsaydı, dünya beynəlxalq hüquqa uyğun idarə olunsaydı, ermənilərin işğalı dayandırılsaydı, Xocalıda soyqırım baş verməsəydi bu gün də Ukraynada bu cür hadisələr yaşanmazdı: “Ancaq əgər bir nəfər hər hansı bir xəta, cinayət edirsə və bunun müqabilində cəzalandırılmırsa, ondan sonra daha betərini edir. Bu qaydada qanunları pozanlar, insanlığa qarşı bu cinayətləri törədənlər, dinc insanları qətlə yetirənlər öz cəzalarına çatmayanda digərləri də ondan ruhlanır. Deyir ki, erməni etdi neylədilər ki, mən də edəcəm neyləcəklər? Yəni, Avropa, ABŞ bu gün Rusiyaya sanksiyalar tətbiq edir, cəzalandırırlar. Hay-küy qaldırırlar ki, dayansın. Bunu o vaxt ermənilərə silah-sursat, pul verib muzdlu əsgərləri bizim üstümüzə salanda, bizə qarşı soyqırım törədən də etməməli idilər. Bunun qarşısını vaxtında almalı idilər ki, digərlərinə də dərs olsun. Amma hər gün Ukraynadan statistikada verilir. Yüzlərlə uşaq şəhid olub, valideynlərini itirib, sahibsiz-yiyəsiz qalıblar. Dinc insanlar, qocalar, qadınlar həlak olublar, ev-eşikləri dağlılıb, köçkün olublar. Bu gün Ukraynada əhali Avropanın ölkələrinə dağılışıb. Dünya vaxtdında qanunlarla, ədalətlə idarə olunsaydı, bütün bunlar da təbii ki, bu gün baş verməzdi. Ona görə də, dünyanın ədalətindən danışmaq mənasız olar, dünyanın ədalətsizliyindən danışmaq lazımdır”.

Geri qayıt