Əsas Səhifə > Partiya, Güney Press > "Rusiya Pribaltika ölkələri və başqalarını şantaj edəcək"

"Rusiya Pribaltika ölkələri və başqalarını şantaj edəcək"


4-04-2022, 08:46
"Rusiya Pribaltika ölkələri və başqalarını şantaj edəcək"
“Ukraynada baş verənlər planetin əsas əşrəfi sayılan insanın bütövlüklə məhv olmasına bir addım qaldığının həqiqət ola biləcəyinə şübhə yaratmır”. DİA.AZ “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu Azərbaycan parlamentinin keçmiş spikeri Rəsun Quliyev deyib.

O, bildirib ki, alimlər yer planetinin yaranmasının tarixinin 2 milyarddan 5 milyard ilə qədər ola biləcəyini iddia edirlər:

“Bu tarixin üzərindən öz ambisiyasının qurbanı olan birisinin xətt çəkəcəyi dəhşətə bənzəyir, amma real da ola bilər.

21-ci əsrin 22-ci ilində Rusiyanın əbədi prezidenti Putinin Ukraynada açıq-aşkar soyqrımı həyata keçirdiyinə göz yuman qərbin siyasətini anlamaq mümkün deyil.

Qərb Rusiyanın azı bir neçə milyon ukraynalını öldürməsinə və işğal edilməsinə qədər hər şeyə göz yumacaq. Sonrası daha acınacaqlı olacaq. Rusiya Pribaltika ölkələri və başqalarını şantaj edəcək”.

Geri qayıt