Əsas Səhifə > Partiya, Güney Press > "Ukrayna-Rusiya müharibəsi ilə Moskvanın imperiya arzuları suya düşdü"

"Ukrayna-Rusiya müharibəsi ilə Moskvanın imperiya arzuları suya düşdü"


29-03-2022, 09:23
"Ukrayna-Rusiya müharibəsi ilə Moskvanın imperiya arzuları suya düşdü"
“Azərbaycan ordusunun son addımları yalnız dəstəklənə bilər. Əslində bu məsələdə bir qədər də gecikmişik. Rusların oyunlarına dözümlü yanaşmışıq. Normalda üçtərəfli razılaşmaya əsasən Xankəndi daxil olmaqla bu ərazilər çoxdan Azərbaycan suverenliyinə qaytarılmalı, qeyri-qanuni silahlı dəstələr silahsızlaşdırılmalı, Azərbaycan hüquq-mühafizə orqanları Xankəndində yerləşməli idi. Amma ruslar orada ermənilərlə oyun oynayırlar. Çalışırlar ki, orada hərbiləşdirməni bərkitsinlər. Münaqişə davam etsin və bu münaqişə zəmnində bölgədə qalsınlar”. Dia.az xəbər verir ki, bunu teleqraf.com-a Azərbaycan Demokrat Partiyasın sədri Sərdar Cəlaloğlu deyib.

O əlavə edib ki, Ukrayna-Rusiya müharibəsi Moskvanın imperiya arzularını suya salıb: “Nəinki suya saldı, hətta Rusiyanınm mövcudluğunu sual altına qoydu. Ona görə də, indi Rusiya əvvəlki ambisiyalarından çıxış edə bilmir. Ona görə də, Azərbaycan beynəlxalq hüququn ona verdiyi imkan daxilində özünün suveren hüququnu mümkün qədər bərpa etməlidir”.

Partiya sədri qeyd edib ki, Xankəndi iqtisadi zonasında olan erməni millətindəki şəxslər Azərbaycan vətəndaşlığını qəbul edərək burada yaşamalıdırlar: “Əgər Azərbaycan dövlətinin vətəndaşlığını qəbul etmirlərsə, hamısı bir adam kimi Xankəndi iqtisadi zonasından çıxarılmalı, Laçın dəhlizi bağlanmalıdır. Azərbaycan özü az ərazisində tam hüququ malik olmalıdır. İndiki halda ordumuzun Fərrux hündürlüyünü nəzarətinə almasını yüksək qiymətləndirirəm. Hesab edirəm ki, addım-addım irəliyə getməliyik”.

Geri qayıt