Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur"

"Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur"


23-03-2022, 08:13
"Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur"
Milli Cəbhə Partiyasının (MCP) “Freedom House”-un Azərbaycana qarşı qərəzli hesabatı ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“"Freedom House” Beynəlxalq İnsan Haqları Təşkilatı “2021-ci ildə Dünyada Azadlıq” hesabatında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə nöbəti dəfə qərəzli yanaşıb. Belə ki, təşkilat 210 ölkə və ərazidə insanların siyasi hüquqlara, vətəndaş azadlıqlarına çıxış imkanlarını qiymətləndirərkən, Azərbaycanın Qarabağ bölgəsini "Dağlıq Qarabağ" adıyla müstəqil ərazi vahidi kimi hesabata salıb. Yaxın günlərdə belə bir rəzilliyə, sayqısızlığa Avropa Parlamenti də imza atmışdı. Aydın məsələdir ki, bu qərəz erməni lobbisinin təzyiqinin nəticəsidir. Eyni zamanda, bu, beynəlxalq Qərb təşkilatlarını nə qədər “müstəqil”, “obynektiv” fəaliyyət göstərdiklərinin göstəricisidir. Milli Cəbhə Partiyası (MCP) “Freedom House” Beynəlxalq İnsan Haqları Təşkilatının bu qərəzli, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı sayqısız hesabatını şiddətlə qınayır”.

Bəyanatda bildirilir ki, təşkilat Azərbaycanın sərhədlərinə, müstəqilliyinə, beynəlxalq hüquqa sayğısız davranıb:

“Bu hesabatı tərtib edənlərin nəzərinə çatdırırıq ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur”.

Milli Cəbhə Partiyası (MCP) tələb edib ki, təşkilat ən qısa zamanda məlum hesabata düzəliş etsin, bu rəzalətə son qoysun, Azərbaycan dövlətinə, xalqına, qanunlara sayqı göstərsin!

Geri qayıt