Əsas Səhifə > Partiya, Güney Press > "Biz öz torpağımızı işğaldan azad edirdik, Mcdonald’s deyirdi, qarışmırıq"

"Biz öz torpağımızı işğaldan azad edirdik, Mcdonald’s deyirdi, qarışmırıq"


22-03-2022, 09:59
"Biz öz torpağımızı işğaldan azad edirdik, Mcdonald’s deyirdi, qarışmırıq"
“Bakıda “Mcdonald’s”ın qarşısında növbələr görəndə, inciyirəm, küsürəm. Vətən müharibəsində “Mcdonald’s”a çağırış etdik, əməl etmədilər. Bunlar batmalıdırlar... Kotletlərini də götürüb Amerikaya getməlidirlər”. Dia.az-ın pravda.az-a istinadla xəbərinə görə, bunu Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.

T.Abbaslı xatırladıb ki, Vətən müharibəsində restoranlar şəbəkəsinin sosial media hesabında “Qarabağ Azərbaycandır!” şüarı yazılıb, amma ermənilər sildirib: “Amerikalı kotlet satanlar bizə dedilər ki, siyasətə qarışmırlar, kotlet satırlar. Bir kotlet bir kiloqram ətin qiymətinə satılır. Ukraynaya hücuma görə Rusiyadakı 850 restoranı bağlayıblar. Rusiyanın Ukraynaya hücumu siyasi deyil? Biz öz torpağımızı işğaldan azad edirdik, Mcdonald’s deyirdi, qarışmırıq. Bəs indi niyə reaksiya verirsən? Bu, onların bir daha ikiüzlülüklərini göstərir”.

Geri qayıt