Əsas Səhifə > Partiya, Güney Press > “Onlar niyə orada qurbanlıq qoyun kimi gözləməlidir?!”

“Onlar niyə orada qurbanlıq qoyun kimi gözləməlidir?!”


14-03-2022, 11:40
“Onlar niyə orada qurbanlıq qoyun kimi gözləməlidir?!”
“Rusiya ilə Azərbaycan arasında hava xətti Rusiyaya tətbiq edilən sanksiyalar üzərindən dayanıb. Yüzlərlə vətəndaşımız isə Rusiya-Azərbaycan quru sərhədində - Mahaçqala yaxınlığında düşərgədə gözləməli olur. Kimin pulu var, bir yol tapıb baha qiymətə Minsk, Türkiyə və digər yollarla Azərbaycana gələ biləcək. Kasıbçılıq, dolanışıq dalınca Rusiyaya gedən, indi isə vətəninə qayıtmaq istəyənlər pis vəziyyətdə qalıb. Rusiyada iş yox, daha geri qayıdırlar, vətən də deyir, düşərgədə gözlə”. DİA.AZ-ın pravda.az-a istinadən xəbərinə görə, bunu deputat Razi Nurullayev bildirib.

R.Nurullayev məsələnin həll edilməsi üçün çağırış edib: “Nə çətinlik var axı burada? Göndər nümayəndəni və gətir vətəndaşlarını. Öz vətəndaşlarımıza ən böyük hörməti qoymalıyıq. Rusiya rəsmiləri görməlidir ki, biz öz vətəndaşımıza nə qədər dəyər veririk. Mən Azərbaycan vətəndaşlarının düşərgədə qalıb Azərbaycandan gələcək nümayəndəni günlərlə gözləməsinə çox pis yanaşıram. Öz vətəndaşına hörmət qoymamaq nə deməkdir? Onlar niyə orada qurbanlıq qoyun kimi gözləməlidir?!”

Geri qayıt