Əsas Səhifə > Partiya, Güney Press > "O zamanlar Etibar Məmmədov sərhəd hərəkatının əleyhinə çıxış etdi"

"O zamanlar Etibar Məmmədov sərhəd hərəkatının əleyhinə çıxış etdi"


2-01-2022, 09:49
"O zamanlar Etibar Məmmədov sərhəd hərəkatının əleyhinə çıxış etdi"
"2020-ci ildə Azərbaycan dünyanın müzəffər xalqı oldu, dünyaya qələbəsini elan etdi. Azərbaycan dünya hərb tarixində möcüzə yaradaraq torpaqlarını azad etdi. 2021-ci ildə isə Azərbaycan dünyaya müharibədən sonra güclü diplomatiya dövrünü nümayiş etdirdi". DİA.AZ xəbər verir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında siyasətçi, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Milli Azadlıq Hərəkatının simalarından biri Nemət Pənahlı bildirib.

O, bir çox məqamlara da toxunub.

"Heç kəsə sirr deyil ki, müharibədən sonra Fransa ermənilərin xeyrinə canfəşanlıq etdi, qonşumuz İran Ermənistandan betər Azərbaycanın qələbəsinə sərt reaksiya verdi. Bayden erməni soyqırımı haqqında çıxışlar etdi. Onlar hər cəhdlə Azərbaycanın uğurlarını heçə endirməyə çalışdılar. Lakin bütün bunlara baxmayaraq, 2021- ci il Azərbaycan üçün uğurlu il oldu, qələbəmiz beynəlxalq səviyyədə tanındı”.

Nemət Pənahlı 1988 ci il 31 sentyabrda sərhədlərin sökülməsindən də danışıb. O. Etibar Məmmədovun ona qarşı olan mövqeyindın də bəhs edib.

"O zamanlar Etibar Məmmədov sərhəd hərəkatının əleyhinə çıxış etdi. Xalq cəbhəsi partiyası da rəsmi olaraq sərhədləri sökülməsinin əleyhinə bəyanat verdi. Bunu isə millətin kütləvi qırğınına səbəb olacağına əsaslandırdı. Dekabrın 30- da bütün yollara əl atdılar ki, məni fikrimdən daşındlrsınlar. Dekabrın 29- da Vəzirov məni mərkəzi komitəyə çağırdı dedi ki, sovet hakimiyyəti sərhədlərin sökülməsini əleyhinə deyil, lakin guya İran bütün sərhəd bölgəsində olan kəndlərin əhalisini sürgün edəcək. Vəzirov guya bizi yola gətirib, Güney Azərbaycanın xətrinə bunu dayandırmağımızı istəyirdi. Mən buna razı olmadım və Naxçıvana uçdum. Orada da bəzi çıxışlar oldu, lakin mən razılaşmadım. Oradan maşınlara oturub Şərura gəldik ki, sərhədləri sökülməsin oradan başlayaq.

Çatanda gördük ki, sərhədçilər geri çəkilib, lakin hər addımbaşı torpağa mina döşənib. O an tərəddüd etmədən ölsəm də şərəfli ölməyin haqqında düşünərək sərhədə ilk zərbəni mən vurdum, arxamda da insan izdihamı var idi. Mina söhbəti isə şaiyədən başqa bir şey olmadı".

Sonda N.Pənahlı fikirlərini bu sözlərlə tamamlayıb.

"Bu gün biz iqtidar və müxalifət olaraq bir yerdə düşünüb Azərbaycan dövlətini necə qorumaq lazım olduğu barədə düşünməliyik. Həmrəy olub əsas Qarabağın dirçəldib, insanları ora köç etməyinə kömək etməliyik".

Geri qayıt