Əsas Səhifə > Partiya, Güney Press > Köhnə dostlar yenidən ÜZ-ÜZƏ gələcək

Köhnə dostlar yenidən ÜZ-ÜZƏ gələcək


13-12-2021, 15:42
Köhnə dostlar yenidən ÜZ-ÜZƏ gələcək
DİA.AZ: - Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi haqqında açıqlamasından sonra siyasi gündəmdə yenidən canlanma baş verib. Qeyd edək ki, artıq onlarla tanınmış sima yenidən seçkilərə qatılacağını sosial şəbəkələrdə bəyan ediblər.

Bu əsnada daha çox diqqətçəkəni isə 2020-ci il fevral ayında keçirilən parlament seçkiləri zamanı “Yeni Müsavat” Media Qrupun rəhbəri Rauf Arifoğlu ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında məlum qalmaqallı yekun idi ki, görünəni odur ki, mübarizə hələ bitməyib, yenidən davam edəcək.

DİA.AZ bildirir ki, İqbal Ağazadə açıqlamasında seçkilərdə iştirakının mümkünlüyünü vurğulayıb. Eyni zamanda Rauf Arifoğlu da yerli KİV-ə münasibətində "sona qədər mübarizə aparacağını qeyd edib. Bu isə təkrar seçkilərdə iştirak qərarı anlamına gəlir.


Geri qayıt