Əsas Səhifə > Partiya, Güney Press > "Brüssel görüşündə hətta Soçi görüşünün nəticələrini təkrarlayan sənəd olsa belə imzalanacaq"

"Brüssel görüşündə hətta Soçi görüşünün nəticələrini təkrarlayan sənəd olsa belə imzalanacaq"


13-12-2021, 12:16
"Brüssel görüşündə hətta Soçi görüşünün nəticələrini təkrarlayan sənəd olsa belə imzalanacaq"
DİA.AZ: - Deputat Elman Nəsirov gözlənilən Brüssel görüşü ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. DİA.AZ bildirir ki, bu barədə "Musavat TV"nin efirində canlı yayımda danışan millət vəkili bildirib ki, Brüssel görüşündə Qərb çalışacaq ki, Ermənistanla Azərbaycan arasında hansısa sənəd imzalansın: "Hətta Soçi görüşünün nəticələrini təkrarlayan sənəd olsa belə..."

Burada hansı marağın ola biləcəyinə deputat belə aydınlıq gətirib:

"Bununla Qərb, Brüssel, Birləşmiş Ştatlar Rusiyaya ismarıc göndərmiş olurlar ki, Qarabağ məsələsində Rusiya bir nömrəli oyunçu deyil".



Geri qayıt