Əsas Səhifə > Partiya, Güney Press > “Razıyam, maaşımızı kəsib Milli Məclisin işçilərinə versinlər”
“Razıyam, maaşımızı kəsib Milli Məclisin işçilərinə versinlər”18-11-2021, 09:12 |
Deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli parlamentin noyabrın 17-də keçirilən plenar iclasında Milli Məclisin əməkdaşları üçün yaşayış binasının ayrılması, avtomobillərin verilməsi ilə bağlı çıxışının tənqid olunmasına münasibət bildirib. T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, mənzili və avtomobili deputatlar üçün deyil, parlamentin əməkdaşları üçün istəyib. “Çıxışımı sosial şəbəkədə yanlış istiqamətə yozurlar. Mən mənzili deputatlar üçün istəməmişəm ki... Parlamentin işçiləri üçün belə bir təklif verdim. Milli Məclisdəki ekspertlərin, texniki işçilərin, sürücülərin, xadimələrin mənzil almaq hüququ yoxdur? Nazirliklərdə nəinki şöbə, hətta sektor müdirlərinin də avtomobilləri var. Niyə Milli Məclisin işçilərinə avtomobil ayrılmasın? Bura qanunverici hakimiyyətin orqanıdır. Lazımdırsa, maaşlarımızı kəsib onlara versinlər. İşçilər də insandır axı... Orada eləsi var ki, 1990-cı illərdən tanıyıram. Bir nəfər tanıyıram, Sumqayıtda “jildom”da yaşayır, evi çox balacadır. Onun haqqı yoxdur mənzili olsun? Hər kəsin gözünə görünən deputatlardır. Axı Milli Məclisin 500-ə yaxın işçisi var... Sadə insanlardır, yaxşı yaşamalıdırlar. Çıxışımın sosial şəbəkədə mənfi istiqamətə yozulmasına təəccübləndim. Düşmənlər çoxalıb. Sanki biz mənzil davası edirik...” Geri qayıt |