Əsas Səhifə > Partiya, Güney Press > "Hacı Şahin hansı xidmətlərinə görə Zakir Həsənovla yan-yana durur?"

"Hacı Şahin hansı xidmətlərinə görə Zakir Həsənovla yan-yana durur?"


28-09-2021, 12:06
"Hacı Şahin hansı xidmətlərinə görə Zakir Həsənovla yan-yana durur?"
"44 günlük müharibə zamanı erməni keşişlər əllərinə silah alıb döyüşəndə o, qorxa-qorxa sülhdən danışırdı, İran bizə diş qıcayanda yenə bu Hacının səsi çıxmadı, dolayı yolla İranın yanında durdu"

"Hacı Şahin hansı xidmətlərinə görə Müdafiə Nazirliyinin rəhbərliyinin nəinki sırasında, hətta lap mərkəzində, nazir Zakir Həsənovla yan-yana durur, yaxud onu orada durğuzurlar? Bu qədər də olmaz və qətiyyən olmamalıdır!" Hurriyyet.az xəbər verir ki, bu fikirlər Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevə məxsusdur.

Partiya sədri qeyd edib ki, 44 günlük müharibə zamanı erməni keşişlər əllərinə silah alıb döyüşəndə Hacı Şahin qorxa-qorxa sülhdən danışırdı: "İndi İran bizə diş qıcayanda, güc göstərəndə yenə bu Hacının səsi çıxmadı, yumşaq ifadələrlə baş girləməyə calışdı. Yəni dövlətimizi müdafiə etmədi, dolayı yolla İranın yanında durdu. Bir ara şou nümayəndələrini irəli verirdilər, indi də növbə iranpərəst mollalara çatıb? Bu komediyanı yığışdırmaq lazımdır".

Elşad Musayev hesab edir ki, müdafiə nazirinin yanında heç bir haqqı olmayan Hacı Şahin deyil, şəhid valideyini durmalı idi: "İşğal altında olan torpaqlarımız da Hacı Şahinlərin deyil, şəhidlərimizin canı-qanı hesabına azad olunub. Odur ki, hər kəs öz yerini bilməlidir".



Geri qayıt