Əsas Səhifə > Partiya, Güney Press > "Vaksinasiya prosesi xüsusi klinikalarda aparılmalıdır"

"Vaksinasiya prosesi xüsusi klinikalarda aparılmalıdır"


2-09-2021, 08:04
"Vaksinasiya prosesi xüsusi klinikalarda aparılmalıdır"
Seçkilərdə səsvermə zamanı çox yaşlı, fiziki məhdudiyyəti olan şəxslər üçün seçki qutusu həmin şəxslərin yaşadığı ünvana gətirilir. Yəni səsvermə prosesi evdə təşkil olunur.

Bu qrup şəxslərin, yəni ahıl, tənha, fiziki əngəlli vətəndaşların vaksinasiya prosesinin aparılmasında da eyni qaydalar tətbiq olunurmu? Ümumiyyətlə, Azərbaycanda evdə vaksinasiya mümkündürmü?

Bununla bağlı Cebhe.info-ya deputat Musa Quliyev danışıb. Milli Məclisin üzvü bildirib ki, vaksinasiyanın evdə aparılması doğru deyil:

“Nəinki koronavirus infeksiyasına görə, heç digər vaksinasiyaların da ev şəraitində aparılması tibbi baxımdan uyğun deyil. Vaksinasiya prosesi xüsusi klinikalarda aparılmalıdır. Lazım olarsa, orada şəxsə müvafiq şəkildə tibbi yardım göstərilə bilər. Bu, tibbi müəssisədə aparılarsa, şəxsə ən azı əlavə tibbi yardım zərurəti yaranarsa, orada bu imkanlar olsun”.

Deputat bildirib ki, Azərbaycanda ümumiyyətlə, vətəndaşın evdə vaksinasiya olunması təcrübəsi yoxdur:

“Təcili Tibbi Yardımın maşınları, şəxsin ailə üzvləri, yaxınları, qonşularının avtomobilləri olur. Zərurət olarsa, bu vasitələrlə vətəndaşa kömək göstərilə bilər. Yaşlı adamlara kömək edən qurumlar var. Həmin şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətə götürülüblər. Sosial Xidmət Agentliyinə zəng vurub, həmin ehtiyaclarını bildirsələr, məsələ həll olunar”.

Deputat əlavə edib ki, küçəyə çıxamayan insanın vaksinasiya olunmasına ciddi ehtiyac yoxdur.


Geri qayıt