Əsas Səhifə > Partiya, Güney Press > "Birinci qaldıracağım mövzu yəqin ki, uşaq pulu olar"

"Birinci qaldıracağım mövzu yəqin ki, uşaq pulu olar"


17-08-2021, 12:28
"Birinci qaldıracağım mövzu yəqin ki, uşaq pulu olar"
Deputat olacağınız təqdirdə ilk olaraq hansı məsələni qaldıracaqsınız?

“Düşünürəm ki, bu dəqiqə əhalinin böyük əksəriyyətini narahat edən 2-3 mövzu var ki, onlardan başlamaq lazımdır. Yəqin ki, uşaq pulu məsələsi ilə başlayardım”.

Bizim.Media sualına belə cavab verən Ağ Partiyanın lideri Tural Abbaslı onu da qeyd edib ki, bu mövzuda bir təkliflə məsələ gündəliyə salınası deyil:

“Müzakirə olunası deyil. Amma yenə də belə deyək, ehtimal nəzəriyyəsi üzərində fikir öyrəniriksə, yəqin ki, uşaq pulu məsələsini qaldıraram. Sonra pensiya yaşı və pensiya məsələsi, ən sonuncu, üçüncü də təbii ki, əlilliyə görə pensiya alan insanların şikayətlərinin həlli istiqamətində bir məsələ qaldırmaq olar. Lakin birinci qaldıracağım mövzu yəqin ki, uşaq pulu olar”.

Geri qayıt