Əsas Səhifə > Partiya, Güney Press > Hafiz Hacıyev xəstəliyini gizlətdi:

Hafiz Hacıyev xəstəliyini gizlətdi:


2-08-2021, 11:00
Hafiz Hacıyev xəstəliyini gizlətdi:
Bir neçə gün əvvəl Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhətində yaranmış problemlərlə əlaqədar siyasi proseslərdən təcrid olunduğu barədə məlumatlar yayıldı. Hətta siyasətçinin sağalmaz xəstəlikdən əziyyət çəkdiyini iddia edənlər də oldu. Bu hadisələrdən sonra Müasir Müsavat Partiyası sədrinin müavini Könül İsmayılova açıqlama verərək Hacıyevin səhhəti səbəbilə xarici ölkələrdən birin üz tutduğunu və onun həkim nəzarətində olduğu bildirdi.

Səhhətinin necə olduğunu dəqiqləşdirmək üçün partiya sədrinin özü ilə əlaqə saxlamağa çalışdıq. Hafiz Hacıyev Yenisabah.az-a açıqlamasında Türkiyədə müalicə aldığını, lakin sağlamlıq probleminin deyildiyi qədər ciddi olmadığını vurğuladı:

“Bəli, bir az ağrıyıram. Hazırda Türkiyədə müalicə alıram. Hansı xəstəlikdən əziyyət çəkdiyimi deməyə ehtiyac yoxdur, elə ciddi bir şey deyil, müalicə yekunlaşmaq üzrədir, yaxın günlərdə ölkəyə qayıdacam”.


Geri qayıt