Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistan Metsamor tullantılarını Azərbaycan torpaqlarında basdırırdı"

"Ermənistan Metsamor tullantılarını Azərbaycan torpaqlarında basdırırdı"


12-07-2021, 08:36
"Ermənistan Metsamor tullantılarını Azərbaycan torpaqlarında basdırırdı"
“Ermənistanın kimyəvi silahlardan istifadə etməsi ilə bağlı faktlar təbii ki, beynəlxalq miqyasda ictimaiyyiləşməli, bütün dünyanın diqqətinə çatdırılmalıdır”.

Bunu Moderator.az-a açaıqlamsdında sabiq millət vəkili Fərəc Quliyev bildirib. O, qeyd edib ki, Ermənistan sadəcə Vətən müharivbəsində deyil, ondan əvvəlki dönəmlərdə də ölkəmizə qarşı kimyəvi silahlardan istifadə edib, ekoloji cinayətlər törədib:

“Parlamentdə olanda Moldovada Metsamor AES-lə bağlı məsələ qaldırmışdım. Mənim məruzəm iştirakçılar tərəfindən də dəstəkləndi. Almaniyanın nümayəndə heyəti də orada bizim məruzəni dəstəklədi.

Ermənistan hər zaman beynəlxalq qanunlara zidd addımlar atıb, Azərbaycana qarşı mübarizənin ən iyrəng, ən vəhşi üsullarından istifadə edib. Ermənistanın kimyəvi silahlardan istifadə etməsi, ekoloji cinayətlər törətməsi də bu qəbildən olan cinayətlərdəndir. Ermənistan Metsamor tullantılarını Azərbaycan torpaqlarında basdırırdı. Onlar torpaqlarımızda narkotik plantasiyaları salmışdılar və narkotik maddələrin tranzit ərazisi kimi istifadə edirdilər.

Ermənistan sadəcə Vətən müharibəsində deyil, müharibədən öncə də bu cür cinayətlərə imza atıb. Odur ki, Ermənistanın törətdiyi bütün cinayətlər kimi bu cinayətlərin də ifşa edilməsi, Ermənistanın bu cinayətlərə görə də məsuliyyətə cəlb edilməsi vacibdir”.



Geri qayıt