Əsas Səhifə > Partiya, Güney Press > “Bu, əsla təcavüz kimi qiymətləndirilməməlidir”

“Bu, əsla təcavüz kimi qiymətləndirilməməlidir”


18-05-2021, 07:47
“Bu, əsla təcavüz kimi qiymətləndirilməməlidir”
Məlum olduğu kimi, Zəngəzur və Qaragöl ətrafında sərhədlərin müəyyənləşdirilir. Proses faktlar əsasında aparılır. Lakin Ermənistan həmişə olduğu kimi, yenə də hay-küy salır, hadisələrə “fərqli don geyindirməyə” çalışır. Türklər demiş, “həm suçlu, həm də güclü” olmağa çalışırlar...
Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn düşünür ki, düşmənin yaydığı dezinformasiyalara aldanmaq olmaz. O, bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Proseslərə rəsmi səviyyədə aydınlıq gətirilib. Zəngəzurda və Qaragöldə sərhədlərin müəyyənləşməsi prosesi gedir.

Ermənistanın yaydığı hay-küydən fərqli olaraq, silahlı insident yoxdur. Rəsmi İrəvanın baş verənləri tamam başqa cür təqdim etməsi daxildəki siyasi vəziyyətlə bağlıdır. Halbuki Azərbaycanın öz sərhədlərini bərpa etməsi əsla təcavüz kimi qiymətləndirilməməlidir.

Əks dəyərləndirmə həm beynəlxalq hüquqa, həm də faktlara ziddir.

Lakin bütün hallarda Azərbaycan özünün hər qarış torpağını azad etmək naminə mübarizəyə hazır olmalıdır. Və xalqın böyük əksəriyyəti dövlət orqanlarımızın bu istiqamətdəki fəaliyyətini dəstəkləyir”.


Geri qayıt