Əsas Səhifə > Partiya, Güney Press > "Sovet dövründə olduğu kimi, necə dinc yanaşı yaşamışıq, bundan sonra da elə olmalıdır"

"Sovet dövründə olduğu kimi, necə dinc yanaşı yaşamışıq, bundan sonra da elə olmalıdır"


15-05-2021, 09:31
"Sovet dövründə olduğu kimi, necə dinc yanaşı yaşamışıq, bundan sonra da elə olmalıdır"
“Azərbaycan dövlətinin işğaldan azad olunmuş torpaqlarda qısa müddətdə gördüyü bir sıra tədbirlər, o cümlədən bu günlərdə Şuşada keçirdiyi “Xarıbülbül” festivalı Yuxarı Qarabağ torpaqlarımızda yaşayan ermənilərə bir siqnal olmalıdır”.

Bu fikirləri Moderator.az-a açılamasında Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında yaşayan ermənilərə müraciət edən Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov ifadə edib.

“Torpaqlarımızda Azərbaycan vətəndaşı kimi yaşamağa davam edəcək ermənilər arxayın olsunlar ki, Azərbaycan dövləti onların gələcək dinc həyatını, hüquqlarını, asayiş və əmin-amanlıqlarını, təhlükəsizliklərini, maddi rifahlarını digər vətəndaşlarımızla bərabər səviyyədə təmin edəcək. Azərbaycan Prezidenti İlham Əliyev də öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Qarabağda yaşamış ermənilər bizim vətəndaşlarımızdır və onların yaşamını təmin etmək bizim borcumuzdur. Sovet dövründə olduğu kimi, necə dinc yanaşı yaşamışıq, bundan sonra da elə olmalıdır” -deyən eks-prezident erməniləri yenidən keçmişdəki mənasız xülyalarla yaşamamağa, yəni son 30 ildəki kimi həyatlarını puç etməməyə səsləyib.

“Həyata ciddi, ayıq baxışlarla yanaşmaq, gerçəkliklərlə hesablaşmaq gərəkdir. Artıq zaman çox dəyişib. Qarabağda öz şəxsi maraqları naminə gərginlik yaratmağa səy göstərən separatçıların, Ermənistanda hakimiyyətə gəlmək üçün revanşist çıxışlar edərək hakimiyyətə yiyələnməyə çalışanların, eləcə də sizlərdən alət kimi yararlanmağa cəhd edən xaricdəki bəzi qlobal güclərin təxribatlarına, boş və mənasız vədlərinə uymayın, aldanmayın. Azərbaycana, onun inkişafına, quruculuq işlərinə baxın və nəticə çıxarın. Övladlarınızın qarşıdurmasız, müharibəsiz, qırğınsız xoşbəxt gələcəklərini düşünün”- deyə sabiq dövlət başçısı müraciətinin sonunda vurğulayıb.


Geri qayıt