Əsas Səhifə > Partiya, Güney Press > "Türkiyənin anti İsrail siyasəti onu nəinki ABŞ-dan, ərəb ölkələrindən də uzaqlaşdırır"

"Türkiyənin anti İsrail siyasəti onu nəinki ABŞ-dan, ərəb ölkələrindən də uzaqlaşdırır"


14-05-2021, 09:59
"Türkiyənin anti İsrail siyasəti onu nəinki ABŞ-dan, ərəb ölkələrindən də uzaqlaşdırır"
Xarı Bülbül festivalının 2-ci hissəsi triumfla başa çatdı. Başda dünyanın bir nömrəli tenorlarınıdan biri olan Yusif Eyvazovla birlikdə RF-nın azərbaycanlı tanınmış opera sənətkarları Azərbaycan müsiqi sənətinin zirvəsini dünyaya təqdim etdilər. Bu müsiqi festivalı çox yuxarı profesionallıqla təşkil edilmişdir. Dünya şöhrətli azərbaycanlı klassik musiqi dahilərinin bu festivalda iştirak etməsi, mahnıları İtaliyan və ya Alman dilində yox, təmiz Azərbaycan dilində əsl opera incisi kimi dünya dinləyicilərinə təqdim etmələri bir daha Azərbaycan ölkəsinin incəsənət sahəsində səviyyəsini göstərdi.
Azərbaycanın atdığı şərəf addımları sözsüz Ermənistan millətçilərini və onların havadarlarını qıcıqlandırır. Ermənistan xəbərlərini dərindən analiz edəndə Paşinyanın həm seçkilərlə əlaqədar xal toplamaq cəhdi görsənir, həm də bu bəyanatları tapşırıqla verdiyi açıq aşkar hiss olunur. O 200 Azərbaycan əskərinin dırnaq arası Ermənistan torpağına girdiyini qeyd etməklə, tələm -tələsik ancaq heç bir atəş açılmadığını, hərbi əməliyyat aparılmadığını qeyd edir. Təhlükəsizlik şurasına (ODKB) müraciətidə kiməsə həvalə etdiyini qeyd edir. Bu təhlükəsizlik şurasının üzvləri arasında Azərbaycanın Belarus, Qazaxstan, Qırğızıstan kimi yaxınları var. Onlar RF aqressiyasından qorxsalar da Azərbaycanın əleyhinə olan qərara səs verməzlər. Azərbaycan bir məsələni qəbul etməli və tədbirlər görməlidir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca, müstəqil siyasət apardıqca özünü bu regionun ağası hesab edən ölkə daha da aqressivləşəcəkdir. Azərbaycan ABŞ-la (İsrailin imkanlarından istifadə etmək olar) Aİ-ı ilə əlaqələri
gücləndirməlidir. Türkiyənin imkanlarından maksimum istifadə etməlidir. Türkiyənin gələcəyi olmayan anti İsrail siyasəti onu nəinki ABŞ-dan, ərəb ölkələrindən də uzaqlaşdırır. Bu bizim də ziyanımızadır.

Rəsul Quliyev, eks-spiker
//moderator.az//


Geri qayıt