Əsas Səhifə > Partiya, Güney Press > "Biz ölkə başçısının müraciətini hər şeydən üstün tutaraq bir az da səbirli olmalıyıq"

"Biz ölkə başçısının müraciətini hər şeydən üstün tutaraq bir az da səbirli olmalıyıq"


8-02-2021, 08:05
"Biz ölkə başçısının müraciətini hər şeydən üstün tutaraq bir az da səbirli olmalıyıq"
"İşğaldan azad olunmuş ərazilərimizə qayıtmağımız üçün dövlətimiz mərhələli və planlı şəkildə yenidənqurma, bərpa işləri aparır".

Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat vurğulayıb ki, yenidənqurma və bərpa işlərinə başlamaq üçün ilk növbədə azad olunmuş ərazilər minalardan və partlayıcı vasitələrdən təmizlənməlidir:

"Bu işin sürətlə icra edilməsi üçün dövlət başçısı İlham Əliyevin fərmanı ilə Minalardan Təmizlənmə Agentliyi yaradılıb. Agentliyin sədrini video-formatda qəbul edən Prezident bir sıra mühüm məqamlara toxundu. Cənab Prezident yeni təyin olunmuş sədrə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar öz tapşırıqlarını verməklə yanaşı xalqa da müraciət edərək işğaldan azad olunmuş ərazilərə icazəsiz səfərlərin edilməməsini xahiş etdi. Təbii ki, bu dövlət başçımızın öz vətəndaşlarının həyatına, sağlamlığına verdiyi yüksək dəyərin göstəricisidir. İnsanlar bu ərazilərə ancaq minalardan təmizlənərək təhlükəsizlik təmin olunandan sonra getməlidirlər".

Parlament üzvü bəyan edib ki, ölkə başçısının da qeyd etdiyi kimi insanların yurd həsrəti və 30 illik intizarı başa düşüləndir:

"Amma özbaşına səfərlər insanların öz həyatını risk altında qoyması deməkdir. Son günlər belə icazəsiz səfərlər edən mülkü insanların minaya düşərək dünyasını dəyişdiyinin və zərər çəkdiyinin şahidiyik. Bu, artıq dəfələrlə baş verib. Biz ölkə başçısının müraciətini hər şeydən üstün tutaraq bir az da səbirli olmalıyıq. Artıq minatəmizləyən qurum böyük agentliyə çevrilib. Agentliyin içşçi personalı da dəfələrlə artıb. Həm də ən müasir minatəmizləyən maşınlar ölkəmizə gətirilir. Minatəmizlənmə prosesi sürətlə həyata keçirilərək azad olunmuş əsas yaşayış məntəqələri tezliklə vətəndaşlarımızın üzünə açılacaq. Ona görə bölgəyə səfərlərin edilməsi üçün dövlətin icazəsini gözləməliyik və ancaq icazə verilmiş yerlərə getməliyik. Həm də icazəsiz gedənlərin sonunun yaxşı bitmədiyindən nəticə çıxarmalıyıq".

Geri qayıt