Əsas Səhifə > Partiya, Güney Press > "Bəziləri elə düşünürdü ki, dövlət belə addımlara göz yumur"

"Bəziləri elə düşünürdü ki, dövlət belə addımlara göz yumur"


9-01-2021, 08:50
"Bəziləri elə düşünürdü ki, dövlət belə addımlara göz yumur"
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə olduqca önəmli məsələlərdən danışıb. Ölkə başçısı bildirib ki, torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərən şirkətlər məsuliyyətə cəlb olunacaq: “Onlar bunu bilsinlər və gözləsinlər bu günü. Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz.

Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq”.

Millət vəkili Tahir Kərimli prezidentin bu fikirləri barədə “Sherg.az”a danışarkən sözügedən ismarıcın əhəmiyyətini yüksək qiymətləndirdi:

“Bəziləri elə düşünürdü ki, dövlət belə addımlara göz yumur. Amma dövlət başçısı səsləndirdiyi fikirlərlə məsələyə ən yüksək səviyyədə diqqət göstəriliyini bildirdi.

Biz bu məsələyə laqeyd yanaşmayacağımızı bəyan etdik. Əslində Azərbaycan XİN-i lazımi xəbərdarlığı etmişdi. İndi isə dövlət başçısı səviyyəsində məsələyə toxunuldu.

Bu, Fransaya və digər ölkələrə, o cümlədən Rusiyaya mesaj idi: hər kəs beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə hörmət etməli və bəyanatın şərtlərini tanımalıdır.

Bizdən icazəsiz torpaqlarımıza səfər isə yolverilməzdir”.

Geri qayıt