Əsas Səhifə > Partiya, Güney Press > "Qardaş Türk Ordusu mənsublarının Azərbaycana dəstək xarakterli missiyasını xalq olaraq alqışlayır və dəstəkləyirik"
"Qardaş Türk Ordusu mənsublarının Azərbaycana dəstək xarakterli missiyasını xalq olaraq alqışlayır və dəstəkləyirik"2-01-2021, 08:54 |
"Yeni il qabağı Türkiyənin Müdafiə naziri Hulusi Akarın Bakıya gəlişi, gələn türk zabitlərinin qarşısında çıxışı hesab edirəm ki, böyük rəmzi məna daşıyır". Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Azər Qasımov deyib. Siyasi şərhçi bildirib ki, dövlət başçısı İlham Əliyevin də dediyi kimi 10 gün, uzağı iki həftəyə Türkiyə hərbçilərinin monitorinq mərkəzi fəaliyyətə başlayacaq: "Hulusi paşa Azərbaycana tez-tez gəlir. Bu gəliş isə çoxdan gözlənilən Türk Ordusunun Azərbaycana rəsmi gəlişinin ilk mesajıdır. Onun türk zabitləri qarşısında "ölərsək şəhid, qalarsaq qazi" deməsi isə daha xüsusi məna kəsb edir. Türk Ordusunun Baş Paşasının ordu mənsublarına bu göstərişi verməsi, onların Azərbaycana verdiyi dəyərin ölçüsüdür. Eyni zamanda, Azərbaycanı doğma vətənləri hesab etməyin göstəricisidir. Hulusi paşa Prezidentlə görüşdə ölkə rəhbərinin "Minsk qrupu" üzvləri ilə görüşdə onlara dediyi: "sizi mən dəvət etməmişəm, özünüz gəlmisiniz" sözlərindən də xüsusi həzz aldığını qeyd etdi. Paşa qeyd etdi ki, heç bir ölkə öz maraqları üçün Qarabağdakı proseslərdən istifadə edə bilməyəcək, çünki türk ordusu artıq burdadı". Analitik vurğulayıb ki, Türkiyə Prezidenti Rəcb Tayyib Ərdoğan Azərbaycan Ordusunu qələbə münasibətilə təbrik edərkən, eyni zamanda, hələ də dumanın dağılmadığını dedi: "Ərdoğan atəşkəsi pozmaq cəhdləri edən Ermənistana, dolayısı ilə Rusiyaya da mesaj verdi. Bu yanlışdan dönmələrini məsləhət verdi. Əks halda "Türk Ordusu gərəyini yapacaq" ifadəsini işlətdi. Hesab edirəm ki, bu mesajın ciddiliyi heç kimdə şübhə doğurmur və ehtiyac olan halda yerinə yetiriləciyi şübhəsizdir. Prezident vurğuladı ki, "monitorinq mərkəzi nə qədər tez başlasa bir o qədər yaxşı olar". Görünən odur ki, prosesin tezləşdirilməsini Azərbaycan xalqı kimi Cənab Prezident də səbirsizliklə gözləyir. Bu isə açıq deyilməsə də, hansısa risklərin qaldığını göstərir. Rus sülhməramlılarına nəzarət gücləndirilməli və artırılmalıdır. Qardaş Türk Ordusu mənsublarının Azərbaycana dəstək xarakterli missiyasını xalq olaraq alqışlayır və dəstəkləyirik. Hulusi Paşanın dediyi kimi "Əbədi Qardaşlığımız" var olsun!". Geri qayıt |