Əsas Səhifə > Partiya, Güney Press > “Siyasi partiyaların ofislə təmin edilməsi və fəaliyyətləri üçün normal şəraitin yaradılması yaxşı haldır”
“Siyasi partiyaların ofislə təmin edilməsi və fəaliyyətləri üçün normal şəraitin yaradılması yaxşı haldır”19-12-2020, 08:38 |
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, normal fəaliyyətin təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması prosesi davam etdirilir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti daha 5 siyasi partiyaya ofis sahələrinin açarlarını təqdim edib. AĞ Partiya, Böyük Azərbaycan Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Həmrəylik Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə artıq 10 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin olunub. Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur. Ölkə başçısının verdiyi tapşırığı yüksək qiymətləndirdiyini deyən Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli “Sherg.az”a siyasi partiyaların ofislə təmin olunmasının mütərəqqi addım olduğunu bildirib: “Bu, iqtidar-müxalifət münasibətlərinin fundamentini bərkidəcək prosesdir. Uzun illər idi ki, hakimiyyət və müxalifət arasındakı münasibətlər arzuolunan səviyyədə deyildi. Bu durum təəssüf doğururdu. Azərbaycan xalqı da belə münasibətlərdən narahat idi. 44 günlük savaşda da gördük ki, milli-siyasi həmrəyliyin yaradılması üçün hakimiyyətin üzərinə daha çox iş düşür. Ona görə də hakimiyyətin belə addım atması mütləq təqdir olunmalıdır. Siyasi partiyaların ofislə təmin edilməsi və fəaliyyətləri üçün normal şəraitin yaradılması yaxşı haldır. Siyasi partiyalarla normal dialoqun yaradılması, qeydiyyat problemlərinin həlli və.s məsələlərdəki irəliləyişlərdən yalnız xalqımız qazanacaq. Cənab Prezidentə təşəkkür edirəm ki, Azərbaycanda sağlam bir siyasi mühitin formalaşmasına xidmət edən işlər görür”. Geri qayıt |