Əsas Səhifə > Partiya, Güney Press > "Biz müharibədə qalib gəlmişik, amma münaqişə hələ davam edir"

"Biz müharibədə qalib gəlmişik, amma münaqişə hələ davam edir"


28-11-2020, 08:39
"Biz müharibədə qalib gəlmişik, amma münaqişə hələ davam edir"
“Biz müharibədə qalib gəlmişik, amma münaqişə hələ davam edir. Ermənilər və onların havadarları döyüş meydanındakı məğlubiyyətlərini danışıqlar masasında kompensasiya etməyə calışırlar”.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.

Elşad Musayev qeyd etdi ki, bu səbəbə müxtəlif səpkili, çoxlu təxribatların olacağı sirr deyil və bu təxribatların bir qismi artıq başlayıb: “Biz dövlət olaraq bunları dəf etməyə hazır olmalıyıq. Bunun üçün ölkə daxilində sabitliyi və siyasi qüvvələrin həmrəyliyini qoruyub saxlamalıyıq”.

Partiya sədrinin sözlərinə görə, Qərbin Ermənistana informasiya dəstəyi və Qarabağda mövcudluğuna ordumuzun son qoyduğu qondarma qurumu Fransadan başqa digərlərinin də “tanımaq” cəhdləri gözlənilir: “Biz də səbirlə bu təxribat cəhdlərinə cavab verməliyik. Qərbin anti-Azərbaycan qüvvələri Azərbaycana qarşı hücumlarda təbii ki, yerli əlaltılarından da istifadə edəcək. Bu cəhdlər də açıq görünməkdədir. Biz belə gərgin zamanlarda təbii ki, dövlətimizi müdafiə edəcəyik, siyasi qüvvələrin əksəriyyətinin də bu mövqedə olacağını düşünürəm. Təbii ki, az da olsa kənar qüvvələrin təsirinə düşənlərin olacağını istisna etmirəm”.

E.Musayev onu da vurğuladı ki, yekunda Azərbaycan qalib gələcək, yetər ki, ağıllı, təmkinli və qərarlı addım ataq: “Qalib ölkə bizik, şərtləri də biz diktə etməliyik”.

Geri qayıt