Əsas Səhifə > Partiya, Güney Press > Partiya sədrindən “kiçik padşah”lara XƏBƏRDARLIQ:

Partiya sədrindən “kiçik padşah”lara XƏBƏRDARLIQ:


21-11-2020, 12:12
Partiya sədrindən “kiçik padşah”lara XƏBƏRDARLIQ:
“Artıq müharbədə qələbə qazanmışıq, qoy bu işləri tamamlayaq, söz verirəm ki, onların pişiyini ağaca dırmaşdıracam”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bəzi yerli hakimiyyət orqanlarının şəhid və qazi ailələrinə yönəlik sayğısız münasibətinin heç olmasa, Vətən Müharibəsindən sonra dəyişmək ehtimalını dəyərləndirən Müasir Musavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

Hafiz Hacıyevin sözlərinə görə, yerli hakimiyyət orqanlarının şəhid və qazi ailələrinə qarşı dövlətin siyasətinə zidd addımlarına indi də rast gəlinir:

“Biz o satqınları tanyıyırq. Onların bağırsaqlarında olan qurdların harada tərpəndiyini də yaxşı bilirik, bugün dövlətimizə etdikləri xəyanətlərdən də, övladlarının hansı oyunlardan çıxdıqlarından xəbərdarıqıq.

Amma bu gün başımız qarışıqdır, milli birlik baxımından onların belə hərəkətlərinə dözürük. Məmur özbaşınalığı o həddə çatıb ki, Vətən müharibəsində vuruşanların evini Bakıda, eləcə də rayonlarda sökməyə cəsarət edirlər.

Rayonlarda pul yığırlar ki, şəhidlərin dəfn mərasimində iştirak etsinlər. Belələrinin vicdanı, şərəfi yoxdur. Vicdanları olsa, heç olmasa, indiki vaxtda tamahlarına sahib çıxarlar.

O məmurların yığdıqları pullar burunlarından gələcək. Özbaşınalıq o həddə çatıb ki, həkim müharibədə vuruşan əsgərin övladını girov kimi saxlayır, tələb edir, pul gətir, sonra körpəni apar. Bunların Allahı-Peyğəmbəri yoxdur?

Şəhid ailələri, qazilərin başına gətirilən oyunlarla bağlı əlimizdəki faktları bir-bir açıb tökəcəyəm. Artıq müharbədə qələbə qazanmışıq, qoy bu işləri tamamlayaq, söz verirəm ki, onların pişiyini ağaca dırmaşdıracam”.


Geri qayıt