Əsas Səhifə > Partiya, Güney Press > "Hər birimiz pandemiya ilə fərdi mübarizə aparmalıyıq ki, yoluxma əsgərlərimizə təsir göstərməsin"
"Hər birimiz pandemiya ilə fərdi mübarizə aparmalıyıq ki, yoluxma əsgərlərimizə təsir göstərməsin"21-11-2020, 09:14 |
Pandemiya ilə sona qədər mübarizə aparıb, döyüş meydanında qazandığımız kimi qələbə qazanmalıyıq. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə koronavirus infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunması səbəbindən bəzi sahələrdə məhdudlaşdırmalar tətbiq etməsi haqda danışarkən deyib. O bildirib ki, bu prosesi dayandırmaq olmaz: “Operativ Qərargah yoluxanların sayında kəskin artım olması səbəbilə karantin tədbirlərini gücləndirdi. Verilən qərarları normal qəbul edirəm. Hesab edirəm ki, optimal qərar qəbul olunub, bunu dəstəkləmək lazımdır. Vətəndaşlar məsuliyyətli davranışa daha çox cəhd etməlidirlər, arxayınlaşmaq olmaz. Hər birimiz pandemiya ilə fərdi mübarizə aparmalıyıq ki, yoluxma əsgərlərimizə təsir göstərməsin”. Geri qayıt |