Əsas Səhifə > Partiya, Güney Press > "Qəribə bir ovqatın təsiri altındayam"

"Qəribə bir ovqatın təsiri altındayam"


10-11-2020, 08:25
"Qəribə bir ovqatın təsiri altındayam"
"Doğma Kəndim Azadlıqda! 27 il mənfur ermənilərin işğalı altında qalan, uşaqlığımın, gəncliyimin ən gözəl anlarının şahidi, doğma yurdum Aşağı Güzlək müzəffər ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində bu gün əsarətdən azad olundu".

Cebhe.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

"Ömrümdə ilk dəfədir ki, hislərimi ifadə etməyə çəkinlik çəkirəm. Sevinc, qürur, inam, hörmət və minnnətdarlığın çuğlaşdığı qəribə bir ovqatın təsiri altındayam. O qədər xoş, o qədər təmiz, o qədər böyük hisslərdir ki...

Cənab Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun zəfər yürüşünün işğalda olan son qarış torpağımızın yağı tapdağından qurtulmasına qədər davam edəcəyinə, bayrağımızın tezliklə Xankəndində dalğalanacağına bütün varlığımla inanıram.

Qarabağ Azərbaycandır!",- deyə o əlavə edib.

Geri qayıt