Əsas Səhifə > Partiya, Güney Press > "Düşünürəm ki, belə təxribatlara vətəndaşlarımız inanmırlar"

"Düşünürəm ki, belə təxribatlara vətəndaşlarımız inanmırlar"


7-11-2020, 08:59
"Düşünürəm ki, belə təxribatlara vətəndaşlarımız inanmırlar"
Ermənistan kibermühitdə təxribat xarakterli məlumatlar və dezinformasiya yaymağa davam edir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) verilən məlumata görə, düşmən bu dəfə də saxta xarici nömrələrdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin adından vətəndaşlarımıza mesaj göndərərək Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonuna hücuma keçəcəyi və təhlükəsizlik üçün rayonu müvəqqəti olaraq tərk etmələrinə dair saxta çağırışlar edib. Məlumat üçün qeyd edək ki, onlar daha öncə də vətəndaşlara Gəncə və Bərdə rayonlarına raket hücumu təhlükəsi səbəbindən sığınacaqlara yerləşmələri ilə bağlı saxta mesajlar ünvanlayıb.

NRYTN-dən bildirilib ki, bu məlumatlar əhali arasında qorxu və təşviş yaratmaq məqsədi daşıyır. Həqiqəti əks etdirmir.

Məlum məsələni “Sherg.az”a şərh edən millət vəkili Sevil Mikayılova deyib ki, bu ermənilərin növbəti intellekdən uzaq, absurd provakasiyasdır:

“Düşünürəm ki, belə təxribatlara vətəndaşlarımız inanmırlar.

Onlar qorxmurlar, provakasiyalara uymurlar. Ermənilər Gəncədə terror törədib, Azərbaycan ərazilərinə hücum etdilər. Mülki əhali yaşayan Tərtər, Goranboy, Ağcabədi və döyüş bölgəsindən kilometrlərcə uzaq olan Kürdəmiri atəşə tutdular.

Amma insanlarımız evlərindən tərpənmədilər. İndi də həminki kimi bombaların altında, təhlükədə yaşayırlar, lakin qorxmurlar. Yəni real təhlükədən çəkinməyən xalq hansısa bir mesaja məhəl qoyarmı? Əlbəttə, yox”.

Geri qayıt