Əsas Səhifə > Partiya, Güney Press > "Paşinyan və onun yanındakı şəxslərin bir metodu var"
"Paşinyan və onun yanındakı şəxslərin bir metodu var"6-11-2020, 08:25 |
Prezidentin çıxışını “Sherg.az”a şərh edən iqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyevin sözlərinə görə, Azərbaycan Prezident əlindən gələni edir ki, Qarabağla bağlı həqiqətləri beynəlxalq aləmə çatdırsın. Deputat bildirib ki, ölkə başçısı dünya platformasındakı çıxışlarında münaqişənin tarixi səbəblərini də izah edir: “Hər dəfə cənab Prezidentin verdiyi müsahibələrin təsiri olur. Artıq ermənilərin yaratdığı informasiya problemini həll etmişik. Paşinyan və onun yanındakı şəxslərin bir metodu var: “Nə qədər çox yalan desək, bizə bir o qədər çox inanacaqlar”. Amma düşmənin informasiya sahəsindəki yalanlarının qarşısını çoxdan almışıq. Cənab Prezident ön cəbhədə olduğu kimi, informasiya müharibəsində də qalibdir. Əsas odur ki, Avropa və dünya cəmiyyəti, Minsk qrupu ölkələri, Rusiya və digər qonşu dövlətlər həqiqəti bilsinlər”. R.Quliyev vurğulayıb ki, ölkə başçısı praqmatik formada sosial-iqtisadi siyasətini həyata keçirir,həm informasiya, həm də ideoloji savaşda zəfər çalır: “Prezidentimizin sözünə daha çox inanırlar. Çünki ölkə başçısı beynəlxalq dərəcəli və nüfuzlu bir siyasətçidir. İqtisadiyyatda, hərbdə, bir sözlə hər yerdə Prezidentimizin rolu böyükdür. Düşünürəm ki, biz savaşı uduruq. Açığı, cəbhədə mübarizə daha rahatdır. Lakin informasiya savaşında mübarizə aparmaq çox çətindir. İstənilən xarici media nümayəndləri müraciət edəndə ölkə başçısı suallara cavab verir. Hər kəs cənab Prezidentin beynəlxalq hüquqa əməl etdiyini görür”. Geri qayıt |