Əsas Səhifə > Partiya, Güney Press > “Onlar gec-tez törətdikləri əməllərə görə hüquqi müstəvidə cavab verəcəklər”
“Onlar gec-tez törətdikləri əməllərə görə hüquqi müstəvidə cavab verəcəklər”31-10-2020, 08:43 |
Dünən Baş prokuror Kamran Əliyev mediaya verdiyi açıqlamada ermənilərin cəsədlər üzərində təhqiramiz əməllərə yol verdiyini, habelə əsir düşən bəzi hərbçilərə yaxın məsafədən atəş açaraq onları qətlə yetirdiklərini bildirib. Ermənilərin sözügedən cinayətlərini əks etdirən foto-video materialların beynəlxalq miqyasda ictimaiyyiləşdirilməsi, beynəlxalq təşkilatların və dünya birliyinin diqqətinə çatdırılması erməni vəhşiliyinin ifşası baxımından faydalı ola bilərmi? Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev, ermənilərin tarixən bu cür vəhşi əməllər törətdiyinə diqqət çəkdi: “Ermənilər yalnız bu gün deyil, tarix boyu insanlığa sığmayan əməllər törədiblər. Erməni dövləti terror dövlətidir. Onlar həmişə böyük güclərin əlində alət olublar. Erməniləri region üçün təhlükəyə çevirən ən başlıca məqam da onların böyük güclərin sifarişlərini yerinə yetirən toplum olması ilə bağlıdır. Bu gün Azərbaycan öz haqlı mübarizəsini – Vətən Müharibəsini aparır. Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz öz torpaqlarımızı işğaldan azad edirik. 1905, 1918-ci ildə bizə qarşı ermənilər tərəfindən soyqırımlar törədilib. Hansı ki, o zaman bizim dədələrimiz, babalarımız erməni vəhşiliklərinə şahid olub. Bu vəhşiliklər tarixi sənədlərdə də öz əksini tapır. 1992-ci ilin Xocalı faciəsində də hər kəs erməni vəhşiliyə şahid oldu. Bu vəhşilik foto-video materiallarda öz əksini tapdı. Ermənilər bu günlərdə də dinc əhalinin məskunlaşdığı iri şəhərlərə istifadəsi qadağan olan raketlər atırlar. Bu hücumlar çox zaman gecə saatlarında - insanların yatdığı vaxt reallaşır ki, məqsəd mümkün qədər çoxlu sayda mülki şəxsin qətlinə nail olmaqdır. Bu faktlar bir daha sübut edir ki, ermənilər öz insanlıqlarını itiriblər və onlar xəstə təxəyyülə sahibdirlər. Onlardan insanlıq, humanizm gözləmək sadəlövhlükdür. Ermənilər təəssüflər olsun ki, hər zaman bizim cəsədlərə qarşı təhqiramiz əməllərə yol veriblər, qeyri-insani davranışlara imza atıblar. Bu gün də onlar eyni vəhşilikləri törətməkdədir. Bu gün Baş Prokurorluq və digər əlaqədar qurumlar tərəfindən erməni cinayətləri sənədlər şəklində toplanır, baş verənlərlə bağlı cinayət işləri qaldırılır. Hesab edirəm ki, ermənilər gec-tez törətdikləri əməllərə görə hüquqi müstəvidə cavab verəcəklər. Əvvəlki dövrlərdən fərqli olaraq, beynəlxalq media da erməni vəhşiliklərinin ifşa edilməsində iştirak edir. Sevindiricidir ki, bu gün dünya ictimaiyyəti ermənilərin Azərbaycanm xalqına qarşı törətdiyi vəhşilikləri görür. Beynəlxalq təşkilatlar da ermənilərin Bərdədə törətdiyi terror aktından sonra işğalçını ifşa edən müəyyən bəyanatlar səsləndirməyə başladılar. Düşünürəm ki, ermənilərin atdığı hər addım, törətdikləri hər vəhşilik mahiyyət etibarı ilə onların zərərinə işləyir. Işğalçılar bir dövlət olaraq öz mövcudluqlarını saxlamaq istəyirlərsə, o zaman işğal etdikləri torpaqları tərk etməli, öz vəhşiliklərindən əl çəkməlidirlər. Əks təqdirdə, şanlı Azərbaycan ordusu bundan sonra da döyüş meydanında düşməni cəzalandırmaqda, ona bir-birindən acı məğlubiyyətlər yaşatmaqda davam edəcək”. Geri qayıt |