Əsas Səhifə > Partiya, Güney Press > "Körpə uşaqların öldürülməsi ermənilərin nə qədər murdar millət olmasından xəbər verir"
"Körpə uşaqların öldürülməsi ermənilərin nə qədər murdar millət olmasından xəbər verir"30-10-2020, 09:34 |
“Ermənilər dünyaya özlərini əzabkeş millət kimi tanıdırlar”. Bu sözləri Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətləri KONKRET.az-a şərh edən Ağ Partiyasının sədri Tural Abbaslı bildirib. O, qeyd edib ki, Ermənistanın terrorçu dövlət olması ilə bağlı həqiqətləri lazımi şəkildə dünya birliyinə və mətbuatına çatdıra bilməmişik: “Onlar məqsədlərinə çatmaq üçün bütün hərbi cinayətləri törətməyə hazırdır, amma özlərini dünyaya əzabkeş millət kimi tanıdırlar. Guya onlara qarşı soyqırımlar törədilir, insanları müxtəlif dövlətlər tərəfindən qırılır. Dünya ictimaiyyəti onlara bilərəkdən və bilməyərəkdən aldanıb. Bərdə terroru erməni xislətini bir daha göstərdi. Tək Bərdə deyil, Gəncə, Mingəçevir, Xızı və digər rayonlarda mülki əhalinin hədəf alınması, körpə uşaqların, qocaların öldürülməsi ermənilərin nə qədər murdar, vandal millət olmasından xəbər verir”. Partiya sədri vurğulayıb ki, bu gün biz ermənilərin əsil üzünü dünya ictimaiyyətinə çatdırmalıyıq: “Dünyaya göstərməliyik ki, günün günorta çağında heç bir hərbi obyektlərin olmadığı rayon raketlərlə vurulur və nəticədə körpələr və dinc əhali qətlə yetirilir. Bir günün ərzində 21 mülki əhali öldürülür. Onlarla vətəndaşımız yaralanır. Bütün bunları sənədləşdirib, dünya ictimaiyyətinə çatdırmalıyıq. Nəhayət, dünya başa düşəcək ki, niyə Ermənistanla bizə sırınmağa çalışılan sülhə və atəşkəsə razılıq vermirik. Çünki ermənilər sülhpərvər və insanpərvər millət deyil. Onlar ancaq qan tökən, terrorçu millətdir. Bərdədə törədilən terror bizi təəccübləndirmədi. Çünki biz Xocalıda yaşlılara, uşaqlara, qadınlara qarşı törətdikləri vəhşiliyin şahidi olmuşuq. Haqq yolunda mübarizə apardığımızı dünyaya çatdırmalıyıq. Başqa yolu yoxdur. Onlar heç bir danışıq anlamırlar. Biz bu dəfə də ermənilərin dünya ictimaiyyətini aldatmasına imkan verməməliyik”. Geri qayıt |