Əsas Səhifə > Partiya, Güney Press > “Hüququn yox, gücün aliliyi hörmətli qəbul edilir”

“Hüququn yox, gücün aliliyi hörmətli qəbul edilir”


30-10-2020, 07:56
“Hüququn yox, gücün aliliyi hörmətli qəbul edilir”
Dünən Ermənistanın Bərdədə dinc sakinlərimizə qarşı törətdiyi terror aktı ilə bağlı brifinq keçirilib. Prezidentin köməkçisi Hikmət Hacıyev söyləyib ki, Tərtər şəhərində Ermənistanın gün ərzində atdığı mərmilərin, mülki insanlara, yaşayış binalarına dəymiş zərərin bu gün bir daha şahidi olduq. H.Hacıyevin sözlərinə görə, Ermənistan hərbi-siyasi rəhbərliyi o qədər quduzlaşıb ki, onlar diplomatik nümayəndəliklərin təmsilçiləri Bərdə və Tərtər şəhərlərində olduqda da ətraf məntəqələri bombalamağa davam edirlər:

“Onların hər hansı məsuliyyət hissi qalmayıb. Gördüyümüz kimi, onların hədəfi mülki insanlardır. Bu, Ermənistanın Xocalı genosidindən başlayan və bu gün də davam edən mülki insanlara qarşı hərbi və müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir”.

Görünən, odur ki, Ermənistan terror aktlarını davamlı şəkildə törədir. Beynəlxalq aləmin bu vəhşiliklərə susması Ermənistanın cinayət əməllərinə şərik olduqlarını göstərir.

Proseslərlə bağlı “Sherg.az”a açıqlama verən millət vəkili Asim Mollazadə bildirib ki, bu gün beynəlxalq təşkilatlar üzərinə düşən heç bir funksiyanı yerinə yetirmirlər. Ona görə də Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatları həyata keçirir. Parlament üzvü söyləyib ki, ordumuz BMT-nin Təhlükəsizlik Şurası və Minsk qrupunun funksiyalarını yerinə yetirir:

“Çox güman ki, beynəlxalq təşkilatlar laqeyd yanaşma göstərdikləri üçün Haaqa tribunalın funksiyalarını, yəni cinayətkarları ədalət hökümunə cəlb etmək funksiyasını üzərimizə götürməliyik.

Təəssüf ki, beynəlxalq təşkilatlar bəyan etdikləri dəyərlərə, kağız üzərindəki təməl sənədlərinə biganə yanaşır, təcavüzkarı dayandırmaq üçün addım atmırlar.

Hazırda onların həyata keçidiyi siyasət bundan ibarətdir ki, hüququn yox, gücün aliliyi hörmətli qəbul edilir. Bunun üçün də Azərbaycan torpaqlarını azad etməyi öz üzərinə götürür.

Uşaqların, qadınların, yaşlı şəxslərin qətlinə laqeyd yanaşan beynəlxalq qurum dünyada ciddi və təhlükəli proseslərə təkan verirlər”.

Geri qayıt