Əsas Səhifə > Partiya, Güney Press > "Bu atəşkəs oyununa inanmamalı, başımızı aşağı salıb ərazilərimizi işğaldan azad etməliyik"

"Bu atəşkəs oyununa inanmamalı, başımızı aşağı salıb ərazilərimizi işğaldan azad etməliyik"


27-10-2020, 10:41
"Bu atəşkəs oyununa inanmamalı, başımızı aşağı salıb ərazilərimizi işğaldan azad etməliyik"
Qarabağ münaqişəsi zonasında 3-cü dəfə humanitar atəşkəs elan edilib, lakin yenə də erməni xisləti özünü göstərir. Belə ki, rəsmi İrəvan humanitar atəşkəsi kobudcasına pozaraq mülki əhalini və obyektləri ağır artilleriyadan atəşə tutur.

Bununla bağlı KONKRET.az-a fikirlərini bölüşən ADP sədri Sərdar Cəlaloğlu qeyd edib ki, dünyada ermənilərdən saxtakar və yalançı millət yoxdur:

“Sentyabrın 27-dən bu günə qədər artıq 3-cü atəşkəsdir ki, ermənilər razılıq verir və 1 dəqiqə keçmədən pozur. Ermənilər atəşkəs adı altında yeni silahlar əldə edir, yeni tərəfdalşlar və muzdlu döyüşçülər toplayır. Bir sözlə, döyüşdə əldən verdiyi mövqeləri geri qaytarmaq üçün hazırlıqlar görür. Atəşkəs yalnız ermənilərin xeyrinə olan məsələdir. Azərbaycan atəşkəslə bağlı heç bir danışıqlara getməməlidir. Beynəlxalq hüquqa görə biz aqressiyanın qarşısını istənilən yolla ala bilərik. Dövlətlərin suveren bərabərliyi var. Hər bir dövlət münaqişəni bildiyi yolla həll edə bilər. Biz də bildiyimiz yolla həll etməliyik. Bundan sonra Azərbaycan bu kimi oyunlara getməməlidir. Çünki atəşkəs istəyən ölkələr vaxt qazanıb Ermənistanı gücləndirmək üçün silahlandırır, muzdlu döyüşçülər göndərir və iqtisaqdi cəhətdən gücləndirməyə çalışırlar”.

Partiya sədri vurğulayıb ki, əslində bizim uzun illərdir ki, səsləndirdiyimiz fikirlər doğru çıxıb:

“Belə ki, Dağlıq Qarabağ münaqişəsinin arxasında erməni xalqının maraqları deyil, bəzi dövlətlərin maraqları dayanır. Onlar Azərbaycan torpaqları hesabına böyük Ermənistan dövləti yaradıb, bütün türk dünyası üçün təhlükə mənbəyi formalaşdırmağa çalışırlar. Ona görə də biz bu atəşkəs oyununa inanmamalı, başımızı aşağı salıb ərazilərimizi işğaldan azad etməli və sərhədlərimizi gücləndirməliyik. Çünki bu atəşkəsin məqsədi Azərbaycanın başını qatmaq, Ermənistana fürsət tanımaq və erməniləri silahlandıraraq itirdikləri mövqeləri geri qaytarmağa kömək etməkdir. Görünür, yenə də hardansa Ermənistana silah göndəriblər, ona görə də çalışırlar ki, Azərbaycanın başını atəşkəslə qatsınlar. Silah ünvana çatdıqdan sonra yenidən mülki şəxsləri və hərbçilərimizi atəşə tutsunlar”.

Geri qayıt