Əsas Səhifə > Partiya, Güney Press > “Putin Ermənistana və Paşinyana inanmır”

“Putin Ermənistana və Paşinyana inanmır”


15-10-2020, 08:34
“Putin Ermənistana və Paşinyana inanmır”
Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ məsələsində hazırda tutduğu mövqe ənənəvi mövqedən tam fərqlənir. Rusiya prezidenti bu dəfə Azərbaycandan yana kimiymiş görünür. Ermənistan ondan istədiyi dəstəyi faktiki olaraq ala bilmir. 2016-cı ilin aprel müharibəsinə Kreml 4 gün dözüm göstərmişdi, sonra atəşin dərhal kəsimləsinə nail olmuşdu. Bu dəfə isə fərqli davranış müşahidə olunmaqdadır. Vladimi Putin faktiki olaraq elan edib ki, hazırda müharibə Ermənistan ərazisində getmir, ona görə də KTMT məsələyə müdaxilə edə bilməz. Bununla Rusiya prezidentinin bu açıqlaması ədalətli mövqe kimi dəyərləndirilir.

Deputat Elman Nəsirov “Yeni Müsavat”a şərhində bildirdi ki, Rusiya ilə Ermənistan arasında həm ikitərəfli formatda, həm də KTMT formatında müttəfiqlik münasibətləri var. Eyni zamanda Rusiyanın Azərbaycanla da strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Həmçinin Türkiyə ilə Rusiyanın bir sıra funadmental məsələlərdə ortaq mövqeləri var. Bir sıra məsələlərdə Türkiyə ilə Rusiya strateji tərəfdaş kimi davranırlar: “Bütün bu dediklərimin fonunda eyni zamanda onu da vurğulayım ki, Rusiya öz müttəfiqi olan Ermənistanın siyasi hərbi rəhbərliyinin davranışından və yürütdüyü siyasətdən narazıdır. Bu gün Rusiyanın Kremlə yaxın olan politoloqlarının, siyasi fikir - düşüncə saiblərinin, QHT rəhbərlərinin çıxışlarına baxsanız görərsiniz ki, Ermənistanın siyasi hərbi rəhbərliyi kəskin tənqid olunur. Çox zaman suallar verilir ki, bu necə müttəfiqlikdir ki, Rusiyanın müttəfiqi olan Ermənistanın rəhbəri Nikol Paşinyan Sorosa Rusiyadan daha çox önəm verir? Nə cür müttəfiqlik münasibətləridir ki, Rusiyanın nüfuzlu TV-lərinin Ermənistan ərazisində yayımına qadağalar qoyulub? Necə müttəfiqlik münasibətləridir ki, Ermənistanda demək olar ki, rus əhalisi qalmayıb, rusdilli məktəblər yox səviyyəsindədir? Bu gün Rusiya çox gözəl dərk edir və Azərbaycan Prezidenti cənab İlham Əliyev də Rusiya TV-sinə müsahibəsində bildirdi ki, Ermənistanda bu gün Sorosun adamları hakimiyyətdədirlər. Sorosun pulları ilə onlar dövləti idarə edirlər, pulu verən də sifarişləri də verir. Bax bütün reallıqlar göz qabağındadır. Sadəcə, bu gün Nikol Paşinyan manevr edir. BBC-yə müsahibəsində Paşinyan dedi ki, bəli, təhlükəsizlik baxımından Rusiya bizim müttəfiqimizdir, ancaq eyni zamanda Avropa İttfaqı əsas iqtisadi tərəfdaşımızdır, NATO ilə yüksək münasibətlərimiz var və sair. Təbii ki, bütün bu davranışlar da Rusiya tərəfindən çox diqqətlə izlənilir. Ona görə də bir yanda müstəqil siyasət yeridən və Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinə sadiq qalan Azərbaycan, bir yanda isə xaincəsinə öz müttəfiqinin əleyhinə siyasət yeridən Ermənistan var”.

Deputat qeyd etdi ki, ona görə də kifayət qədər praqmatik və təcrübəli siyasətçi olan Vladimir Putin bütün bu reallıqların fərqindədir: “Çox gözəl bilir ki, Azərbaycan MDB məkanında barmaqla sayılan ölkələrdən biridir ki, 300-dən artıq rusdilli məktəbi var, Rusiyanın nüfuzlu ali məktəblərinin bizdə filialları var. Pandemiyadan əvvəl 1 milyondan çox rus turist Azərbaycana gəlmişdi. Onların gəlişinin səbəbi təkcə Azərbaycanın təbiəti, mətbəxi deyildi. Əsas səbəb insanların, dövlətin xeyirxah münasibəti idi. Bütün sadaladığım komponentlər hamısı birlikdə nəticə etibarilə Kremlin, Putinin davranışına təsir edir və həmçinin Rusiya həmsədr dövlət kimi tərəfsizliyini qorumalıdır”.

Geri qayıt