Əsas Səhifə > Partiya, Güney Press > "Ermənilər yəqin ki, Parisin küçələrinə çıxıb Sarkozini də axtarırlar..."

"Ermənilər yəqin ki, Parisin küçələrinə çıxıb Sarkozini də axtarırlar..."


5-10-2020, 09:17
"Ermənilər yəqin ki, Parisin küçələrinə çıxıb Sarkozini də axtarırlar..."
Dünən Paris yaxınlığında ermənilərin kompakt yaşadığı Alforvil şəhərində mer Lyuk Karvunasın təşkilatlığı ilə Ermənistana və Qarabağa dəstək mitinqi keçirilib.

Mitinqdə Fransanın keçmiş prezidenti Fransua Oland da iştirak edib. Erməni genini daşıyan bu vücudun çıxışından: “Ermənistanda baş verənlər təkcə Ermənistana aid deyil. Bu bütün dünyaya aiddir. Biz əsl müharibənin önündə dayanmışıq. O müharibənin ki, Azərbaycan bunu Türkiyənin hərbi dəstəyi ilə başlayıb”.

Mitinqdə guya 173 fransız ictimai xadimi həmrəylik nümayiş etdirərək Fransa hökumətinə Ermənistan –Azərbaycan münaqişəsinə yenidən baxılması üçün müraciət ediblər.

Onlar Makronun bu istiqamətdəki fəaliyyətini qeyr-məqbul hesab ediblər.

Paris və Marselin merinin də imza atdığı müraciətdə Fransa hökumətindən tələb olunur ki, Azərbaycanın hücumları qəti formada mühakimə olunmalı və Azərbaycan tərəfindən başlanan hücumlar tezliklə dayandırılmalıdır.

Bu baş tutmazsa Fransa Dağlıq Qarabağa daha böyük yardımlar etməlidir ki, bu hakimiyyətin legitimliyi mütləq şəkildə tanınsın.

Oland yoxa çıxmışdı. Zühur etdi. Baxın, neçə illərdir ki, bu ölkə ATƏT-in Minsk qrupunun üzvüdür.

Ermənistanı təmsil edib. Türkiyə bölgədə ədalətli Sülhün bərpası üçün fəaliyyətə başlayanda qardaş ölkəyə keçmiş və indiki prezidentlər (Oland+Makron) böhtan atırlar.

Az qalır deyələr ki, əlimizə silah alıb Ermənistan üçün döyüşə gedərik. Bu ölkədə siyasət və humanizm deqradasiyaya uğrayıb.

Vaxtilə Şarl de Qolun, Mitteranın məşğul olduğu sənətlə Olandla Makron məşğul olur. Bu ölkədə daha Anatol Franslar, Emil Zolyalar, Jan Pol Sartrlar, Andre Jidlər, yetişməyəcək.

Ermənilər yəqin ki, Parisin küçələrinə çıxıb Sarkozini də axtarırlar. Sarkozinin kitabında yazdığı bu fikirləri onlara xatırlatmaq istəyirəm: “Şarl de Qoll dövründə hamı bilirdi ki, dövlət nədir və Fransaya böyük rəğbət var idi. Qollizm düşüncə obrazı və fəaliyyət tərzinə görə indiki Fransa üçün çox aktualdır. Qollizm insanlığa xüsusi baxışdır”.

Olandla Makron dövlətin nə olduğunu bilmirlər. Və elə bununla da Fransaya nifrəti dərinləşdirirlər...

Bu adamlara Fransa deyil, Ermənistan lazımdı.

Bütün dünyanın şahidi olduğu Xocalı soyqırımına laqeyd qalan Oland və Makron tipləri humanizmə nifrət edir, vəhşiliyi dəstəkləyirlər.

Bizim birliyimiz erməniləri qorxudur. Oland və Makronu isə sarsıdır.

Biz Birliyimizi qorumalıyıq.

Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı!

Qarabağ Azərbaycandır!

Etibar Əliyev,
Milli Məclisin deputatı

Geri qayıt