Əsas Səhifə > Partiya, Güney Press > "O, artıq özü-özünü ifşa edib..."

"O, artıq özü-özünü ifşa edib..."


21-09-2020, 08:56
"O, artıq özü-özünü ifşa edib..."
Son onilliklərdə hakim Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal rol öynamış və vaxtilə rəhbərlikdə olmuş, partiyanın banisi Heydər Əliyevlə silahdaşlıq etmiş bir sıra klassik üzvlərdən bəziləri bu qurumun Siyasi Şura, İdarə Heyəti üzvlərini tənqid atəşinə tuturlar. Belələrindən biri də sabiq deputat Maksim Musayevdir. Bir ara Azərbaycanın aparıcı media vasitələri onun, mərhum Sirus Təbrizlinin YAP rəhbərliyi ilə qarşılıqlı “atəş” meydanına çevrilmişdi. Onlara sərt cavablar verənlərdən biri isə məlum toy əhvalatından sonra YAP-ın icra katibinin müavini vəzifəsindən istefa vermiş, Milli Məclis üzvü Siyavuş Novruzov idi...

Moderator.az əməkdaşının “Sizin tənqidlərinizlə razılaşmayanlardan biri də YAP rəhbərliyində ən canfəşan mövqeyi ilə seçilən icraçı katibinin müavini Siyavuş Novruzov idi. İndi onun özü məlum olaylara görə YAP rəhbərliyindən tamamilə kənarlaşdırılmaq üzrədir... Bu haqda nə deyə bilərsiz?..” sualını klassik YAP-çı belə cavablandırıb:

“Bu barədə heç nə demək istəmirəm. O, artıq özü-özünü ifşa edib... Mənim artıq onun haqqında nəsə danışmağım da doğru olmaz...”

Geri qayıt