Əsas Səhifə > Partiya, Güney Press > "YAP-a inamını bərpa etmək günümüzün tələbidir"

"YAP-a inamını bərpa etmək günümüzün tələbidir"


14-09-2020, 17:23
"YAP-a inamını bərpa etmək günümüzün tələbidir"
“Koronavirusun “ikinci dalğası” başlamamış YAP-da islahatlar aparılmalıdır”.

Yenisabah.az xəbər verir ki, bu açıqlama ilə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev çıxış edib.

Musa Musayev qeyd edib ki, dəyişikliklər üçün ya YAP-ın növbəti qurultayı çağrılmalı, ya da Siyasi Şura toplantı keçirib İdarə Heyətində, İcra Katibliyində və Mərkəzi Aparatda islahatlar həyata keçirləmildir:

“Yeni işlək strukturlar yaradılmalıdır . YAP-nın əvvəlki nüfuzunu özünə qaytarmalı, partiya üzvülərinin və vətəndaşların YAP-a inamını bərpa etmək günümüzün tələbidir . YAP Ulu Öndərin və partiyamızın sədri cənab Prezidentimiz İlham Əliyevin adına layiq partiyaya çevrilməlidir”, - deyə keçmiş icra başçısı bildirib.

Geri qayıt