Əsas Səhifə > Partiya, Güney Press > "Camaat qaz istəyir, verin də"

"Camaat qaz istəyir, verin də"


8-09-2020, 07:57
"Camaat qaz istəyir, verin də"
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev İmişlinin 10 kəndinin hələ də qazsız qalmasına etiraz edib.

O bildirib ki, qaz problemini nə icra başçısı, nə də bələdiyə həll edir.

Cebhe.info xəbər verir ki, deputat problemin kökünün dərində olduğunu deyib: “Ucu rüşvətə, özbaşınalığa dirənir. Camaat qaz istəyir, verin də. O vətəndaşlar niyə narazı qalmalıdır, niyə üstündən his iyi gəlməlidir? Ona qaz verməyə borclu olan da onun üstündən gələn his iyindən iyrənib burnunu tutub, sonra da qiyməti kasıbın yuxusuna belə girə bilməyəcək ətir vurur...

İcra başçısı qaz çəkir, bələdiyyə qaz çəkir? Ay dostlar, ay vətəndaşlar, bu məsələ icralıq deyil, bələdiyyəlik deyil. İmişlinin 10 kəndi qazsızdır. Qaz verilməlidir. İlon Mask Marsda ev tikir, bizim vətəndaş da hələ kərmə yandırır. Çünki onun üçün nəzərdə tutulan pulu oğurlayıb, dağıdıblar. Bu gün də ölkəni dağıtmaq, cinayətlərini və rüşvətxorluqlarını davam etdirmək üçün tabe olmaq istəmirlər. Hələ də müqavimət göstərirlər, dövlətə meydan oxuyurlar”.

Deputat xalqı incidən, korrupsioner məmurların sonunun tezliklə gələcəyini deyib: “Az qalıb, 3-4 ay. Gərək bütün rüşvət piramidası dağılsın və günahkarlar müttəhimlər kürsüsündə otursun. Yoxsa çətin günlər hələ qabaqdadır”

Geri qayıt