Əsas Səhifə > Partiya, Güney Press > “Bu kimi məsələlərdə geriyə yolumuz yoxdur”
“Bu kimi məsələlərdə geriyə yolumuz yoxdur”5-09-2020, 07:12 |
Məlum olduğu kimi, prezident İlham Əliyev Yunanıstan səfiri ilə görüşündə Rusiyanın Xəzəryanı ölkələr vasitəsi ilə Ermənistana təyyarələrlə silah daşıdığını bir kəs daha diqqətə çatdırdı. Maraqlıdır, Azərbaycan bu məsələdə vasitəçi rolunu oynayan Qazaxıstan və Türkmənistana rəsmi və ya qeyri-rəsmi şəkildə etiraz bildirməlidirmi? Ən azından gələcəkdə bu kimi halların yaşanmaması üçün türk dövlətləri ilə daha ciddi iş aparmağa ehtiyac varmı? Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa işğalçı ölkəyə birbaşa və ya dolayı dəstəyin yolverilməz olduğunu qeyd etdi: “Ölkə prezidentinin açıq şəkildə Azərbaycana qarşı təxribatda iştirak edən dövlətlərin adının çəkilməsi təsadüfi deyil. Əvvəllər də bu məsələ ilə bağlı həm Rusiyaya, həm də qonşu ölkələrə iradlar çatdırılmışdı. Lakin düşmən Ermənistana hərbi dəstəyin davam etməsi prezidenti daha sərt ritorikaya əl atmağa məcbur edir. Yunanıstanın hazırda Türkiyəyə qarşı aqressiyasının artdığı bir zamanda Türkiyəyə birmənalı Azərbaycanın dəstəyinin ifadə edilməsi də həm də Ermənistanı dəstəkləyən ölkələrə bir mesaj olaraq qiymətləndirilməlidir. Bu kimi məsələlərdə bizim geriyə yolumuz yoxdur, çünki torpaqlarımızın işğalını və işğalçını dəstəkləyən hər bir ölkə bizə qarşı düşmənçilik jestini ortaya qoyur. Bu açıqlamalar bizim milli dirənişimizin zəruri formalarından biri kimi anlaşılmalıdır”. Geri qayıt |