Əsas Səhifə > Partiya, Güney Press > "Məmurlar sosial şəbəkələrə gəlsinlər !"
"Məmurlar sosial şəbəkələrə gəlsinlər !"14-08-2020, 08:25 |
Sosial şəbəkələr günümüzün reallığıdır. Operativlik baxımından sosial şəbəkələr telekanalları qabaqlayır. İctimai məlumatlılıq baxımından müasir dövrümüzdə sosial şəbəkələrin çox böyük üstünlüyü var. İnsanların çoxu onları narahat edən problemlərlə bağlı aidiyyəti qurumlara müraciət etməz əvvəl məhz sosial şəbəkələrdə ictimailəşdirməyə çalışırlar. Avropa ölkələrində deputatların, rəhbər şəxslərin demək olar ki, hamısı sosial şəbəkədən aktiv istifadə edirlər. Azərbaycanda da bunun əsası demək olar qoyulur. Xüsusilə, Avropa təhsili görmüş, nisbətən cavan məmurların sosial şəbəkədə səhifələri var. Məmurlarla müqayisədə sosial şəbəkədən istifadə edən deputatların sayı daha çoxdur. Düzdür, Feysbuka, İnstaqrama “allergiya”sı olan deputatlar da az deyil. Yəqin seçicilərin problemlərlə bağlı onlara kütləvi şəkildə müraciət edəcəklərini bildiklər üçün bu platformara qatılmırlar. Mövzuya dair fikirlərini “Sherg.az”la bölüşən media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin sözlərinə görə, xarici ölkələrdə, əsasən siyasətçi məmurlar sosial şəbəkələrdə auditoriyalarının olmasını istəyirlər: “Beləliklə, çalışırlar ki, həmin auditoriya ilə canlı təmasda olsunlar ki, onlarla seçkidən-seçkiyə yox, bütün dönəmlərdə aktivliyi qorusunlar. Nəticədə səsvermə zamanı onlardan səs istəyə bilsinlər. Azərbaycanda isə istər seçilənlərin, istərsə də təyin olunanlarin xalqa hesab vermək, onlardan güc almaq kimi bir qayğısı yoxdur. Belə olan halda ölkəmizdə məmurların və deputatların sosial şəbəkədə xalqla ünsiyyətdə olma kimi bir istəyi olmur. Bizdə məmurların sosial şəbəkələrdə aktiv olmamasına dair problemin dayaq nöqtəsi budur”. Geri qayıt |