Əsas Səhifə > Partiya, Güney Press > "Öz Dövlətinə, millətinə qarşı düşmənçiliyi başa düşmürəm"

"Öz Dövlətinə, millətinə qarşı düşmənçiliyi başa düşmürəm"


24-07-2020, 08:28
"Öz Dövlətinə, millətinə qarşı düşmənçiliyi başa düşmürəm"
“Ölkəmizə qarşı baş verən Erməni təxribatına səssiz qalmayan və dünyanın müxtəlif ölkələrində bu təcavüzə diqqət çəkən həmvətənlilərimizlə fəxr etməmək mümkün deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib. O, bildirib ki, Brüsseldə, Los Ancelesdə erməni vandalları tərəfindən həmyerlilərimiz hücumlara məruz qalır.

“Artıq bütün dünya görür ki, Ermənistan dövləti şovinizmi dövlət siyasəti səviyyəsində aparır. Habelə baş verənlərə görə həm ABŞ-da, həmdə Belçikada hadisələri törədən ermənilər saxlanılmış, onların törətdikləri cinayətlərə görə ədalətli cəza alacaqlarına güman edirəm. Xəsarət alan həmvətənlilərimizə Allahdan şəfa diləyirəm..

Fürsətdən istifadə edib, bir məsələyə münasibət bildirmək istıyirəm. Aydın məsələdir ki, Azərbaycanımızı, inkişaf etmiş, güclü dövlət kimi, görmək istəməyən dövlətlər var, keçmişdə də olub, gələcəkdə də olacaq. Ancaq mən, sapı özümüzdən olan baltaların, öz Dövlətinə, millətinə qarşı düşmənçiliyini başa düşmürəm. Hələki bu satqın başı boş, vətəndaşlarımız düşmən dəyirmanına su tökəcək, öz dövlətinə, millətinə, ölkəsinə qarşı kampaniya aparacaq, biz belə təklənib, hücumlara məruz qalacağıq. Satqınlara, söyüş söyənlərə ar olsun”.

Geri qayıt