Əsas Səhifə > Partiya, Güney Press > "Qısa danışdığıma görə üstünlüyü hüquqi problemlərə verdim"

"Qısa danışdığıma görə üstünlüyü hüquqi problemlərə verdim"


22-07-2020, 09:23
"Qısa danışdığıma görə üstünlüyü hüquqi problemlərə verdim"
Dünən Prezidentin köməkçisi Anar Ələkbərovun təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində bir görüşdə iştirak etdim və görüş 3 saat sürdü. Görüşdə koronavirus epidemiyası ilə bağlı durum və hökumətin gördüyü tədbirlər müzakirə olundu. Çox açıq söhbət oldu, tənqidlər və təkliflər səsləndirildi.

Gununsesi.org bildirir ki, Etikxeber.az-ın xəbərinə görə, millət vəkili Erkin Qədirli deyib.

“Mən də tənqidi firkilərimi söylədim. Qısa danışdığıma görə üstünlüyü hüquqi problemlərə verdim-Konstitusiya ilə uyğunsuzluq, qanunvericiliyin adekvat olmaması, cərimələrindirmə siyasətində yanlışlıqlar, vətəndaşların məhkəməyə şikayət etmək imkanları və sair. Anar bəy bütün tənqid və təkilfləri yazdı və Prezidentə çatdıracağını söylədi, görüşlərin davamlı olacağını da bildirdi. Sağ olsun. Belə görüşlərin ardı və nəticəsi olarsa, xeyli yaxşı iş görmək olar”-deyə, o, əlavə edib.

Geri qayıt