Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistan müdafiə naziri Qarabağa ayaq basan kimi məhv edilməlidir"

"Ermənistan müdafiə naziri Qarabağa ayaq basan kimi məhv edilməlidir"


21-07-2020, 09:02
"Ermənistan müdafiə naziri Qarabağa ayaq basan kimi məhv edilməlidir"
Moderator.az Ermənistan-Azərbaycan dövlət sərədində baş verən döyüşlərlə əaqədar konfliktoloq Elxan Mehdiyevdin fikirlərini öyrənib:

- Elxan bəy, Siz General Həşimovun öldürülməsinin hansı nəticələrə gətirəcəyini düşünürsüz?

- General Polad Həşimov Azərbaycan ərazisində vurulub. Bu qətldir! Bu beynəlxalq terrordur. Buna “assasination act” deyirlər. Əksinə, Azərbaycan Müdafiə Nazirliyinin və ya onun ekspertlərinin “General döyüşdə qəhrəmancasına həlak olub”, “Generalın savaşda həlak olması normal haldır” və ya “əsgərlə birlikdə ön cəbhədə savaşıb” kimi məsələnin mahiyyətini başa düşməyərək verdikləri savadsız bəyanatlar və şərhlər erməniləri məsuliyyətdən azad etməkdən başqa bir şey deyildir. Burada nə Stalinqrad döyüşü idi, nə də Berlinin alınması döyüşü ki, general da həlak olsun. General döyüşdə yox, Azərbaycan ərazisində yerdəyişməsi zamanı izlənib və nöqtə atəşı ilə qətl edilib. Bu beynəlxalq terrordur və bunu bu cür sənədləşdirib Azərbaycan hərəkətə keçməlidir.
Ermənilər bu işin məsuliyyətini yaxşı bilirlər, ona görə də fikir vermisinizsə, heç bir rəsmi dairəsi bu haqda nə danışmır və nə də açıq şəkildə sevincini ifadə etmir. Çünki, onlar bunu necə və nə cür planladıqlarını və həyata keçirdiklərini özləri bilir və onlar üçün əsas hədəf vurulmuşdur. Onlar bu haqda danışmamaqla, Azərbaycanın da generalın qətl edilməsi ilə bağlı bəyənatlarından məmnundurlar, çünki yuxarıda deyilən “qəhrəmancasına döyüşdə həlak olub” bəyənatları, təkrar deyim ki, onları hər hansı bir məsuliyyətdən azad edir.
Əgər Azərbaycan generalı Azərbaycan ərazisində qətl edilirsə, o zaman erməni generalları və ya Ermənistanın müdafiə naziri Azərbaycan ərazisinə -işğal edilmiş ərazilərə gəlirsə niyə həmən saat hədəf olmamalıdır? Görək onların Azərbaycan torpaqlarında nə işi var?
Ona görə də, indiki dönəmdə ,Azərbaycan ordusunun bütün izləmə və radioelektronik sistemləri Ermənistan Müdafiə naziri David Tonoyanın Dağlıq Qarabağa gəlməsini izləməli və onu yerindəcə məhv etməlidir. Bu indiki Müdafiə Nazirliyi rəhbərliyinin minimum işi olmalıdır. Bəlkə bu addımla onlar General Polad Həşimovun ölümündə öz cavabdehliklərinin böyük bir hissəsini də yuya bilərlər. MN-nin bu cəsarətinə sona qədər əmin deyiləm, amma bu Azərbaycan milləti, ordusu və dövləti üçün şərəf məsələsidir. Bunu nəyin bahasına olursa olsun etməlidir. Kəşfiyyat sistemlərinin və ilk növbədə Azərbaycan MN-i kəşfiyyat və izləmə strukturlarının 1 nömrəli işi, həbsdən qaçan silahlı qatilin yaxalanması operativliyi ilə, Tonoyanın Azərbaycan ərazisində məhv edilməsi olmalıdır. Bunun üçün Azərbaycanın əlində müasir texnologiya və vasitələr kifayət qədər vardır.
Ermənilər general Həşimovu öldürməklə bu davanı başqa müstəviyə, artıq Azərbaycan ərazisində qətllərə çevirmişlər. O zaman Azərbaycan əlində olan bütün imkan və bacarıqlardan istifadə edərək düşmənə heç olmasa cavab verməlidir..
Məsələ bu cür konkret və aydın qoyulmalıdır. Bu addımlar eynilə DQ-dakı yerli hökümətin prezidentinə və oradakı hərbi komandanlar sayılan şəxslərə də tətbiq edilməlidir. Bu cür addımlar atılmasa Azərbaycan uzun müddətə aclz duruma düşəcək. Heç olmasa bu millət, bu ölkə tarixdə bir dəfə bir mövqe ortaya qoymalıdır.
Bu günə qədər Azərbaycan güc strukturları hər hansı bir erməni müharibə cinayətgarına qarşı və qətliamlar törətmiş hər hansı bir erməni terrorçusuna qarşı bir dənə də olsun əməliyyat keçirə bilməmişdir. Bu cəzasızlıq mühitinin yaradılmasına səbəb olmuşdur. Ermənilərin sərbəst olaraq işğal edilmiş ərazilərdə tamamilə arxayın və cəsarətlə hərəkət etmələrinin səbəbi elə bu cəzasızlıqdır.
Generalın öldürülməsi Azərbaycan müstəqillik tarixinə və onun hərb tarixinə yazıla biləcək qara ləkə kimi qala bilər. Azərbaycan güc strukturları buna imkan verməməlidir. Bu cür hallarla üzləşən Türkiyə, Rusiya, İsrail ,ABŞ kimi özünə hörmət edən dövlətlərin addımları göz qabağındadır.
Mən şəxsən, generalın qətl edilməsinin qisası olaraq Azərbaycan ordusunun Ermənistanın 3-cü korpusunun komanda qərargahinı və onun komandanını məhv edəcəyini gözləyirdim. Amma bu baş vermədi. Amma bunun daha yüksək səviyyədə baş verməsi üçün daha münbit yer var və o da Qarabağdır. Onu da deyim ki, əgər biz erməni generalını öldürsəydik, ermənilərin bizim korpusun qərargahını dağıdacağı an məsələsi olacaqdı. İndi söz Azərbaycanındır.

Geri qayıt