Əsas Səhifə > Partiya, Güney Press > “Nöqsanlara yol verən məmurlar cəzasız qalmayacaq”

“Nöqsanlara yol verən məmurlar cəzasız qalmayacaq”


2-05-2020, 12:48
“Nöqsanlara yol verən məmurlar cəzasız qalmayacaq”
“Biləsuvarın həbs olunmuş icra başçısının iş fəaliyyətində törətdiyi hərəkət çox ciddi təəssüf doğurur. Görünür, bəzi məmurlar öz işlərini ölkədə gedən inkişafın məntiqinə uyğun qura bilmir. Yenə də səlahiyyətlərindən sui-istifadə edirlər, qanunları pozurlar, rüşvətxorluğu, korrupsiyası adi həyat tərzinə çeviriblər”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Sabir Hacıyev Biləsvur rayonunun həbs edilmiş icra başçısı Mahir Quliyevin törətdiyi hərəkətlərə münasibət bildirərkən deyib:

Deputat ölkə başçısının 2018-ci ilin aprel ayından ciddi islahatlara start verdiyini də xatırladıb:

“Bəzi məmurlar bu islahatların ölkənin inkişafına, vətəndaşların rifahına hesablandığını unudur. Cənab prezident mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən belə bir söz işlətdi. Heç kim qanundan üstün deyil və əgər kimsə fikirləşir ki, onun yaxınları, tanışları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir”. Düşünürəm ki, cənab prezidentin ciddi mesajlarını heç kəs unutmamalıdır. O məmurlar ki, fəaliyyətlərində nöqsanlara yol verməyə alışıb və digər məmurların həbsindən nəticə çıxartmaq istəmirlər, deməli, onlar cəzasız qalmayacaq. Hesab edirəm ki, hər bir məmur iş fəaliyyətində nizam-intizamı və qayda-qanunu qorumalı, heç bir nöqsana yol verməməlidir. Bunun əksi baş verdikcə hər bir məmur cəzasını alacaq və alır da”.

Geri qayıt