Əsas Səhifə > Partiya, Güney Press > Partiyaların hesabat vermələri üçün nəzərdə tutulan müddət başa çatır
Partiyaların hesabat vermələri üçün nəzərdə tutulan müddət başa çatır1-04-2020, 10:30 |
Bu gün - aprelin 1-də siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatır. “Report”un xəbərinə görə, bu günə qədər Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən 55 siyasi partiyadan 32-si MSK-ya maliyyə hesabatı təqdim edib. Bunlar aşağıdakılardır: 1. Yeni Azərbaycan Partiyası 2. Azərbaycan Naminə Alyans Partiyası 3. Azərbaycan Liberal Partiyası 4. Azərbaycan Xalq Demokratik Partiyası 5. Azərbaycan Sosial Demokrat Partiyası 6. Böyük Quruluş Partiyası 7. Azərbaycan Demokratik Maarifçilik Partiyası 8. Azərbaycan Respublikaçılar Partiyası 9. Azərbaycan Kommunist Partiyası 10. Müsavat Partiyası 11. Klassik Xalq Cəbhəsi Partiyası 12. Müasir Musavat Partiyası 13. Vətəndaş Həmrəyliyi Partiyası 14. “Milli Vəhdət” Partiyası 15. “Birlik” Partiyası 16. Azərbaycan Milli Demokrat Partiyası 17. Azərbaycan Təkamül Partiyası 18. Milli Dirçəliş Hərəkatı Partiyası 19. “Ana Vətən” Partiyası 20. Azərbaycan Milli İstiqlal Partiyası 21. “Qorqud” Partiyası 22. Vahid Azərbaycan Partiyası 23. Demokratik Azərbaycan Dünyası Partiyası 24. Azərbaycan Yurddaş Partiyası 25. Azərbaycan Xalq Partiyası 26. “Azərbaycan Mübarizləri” Partiyası 27. Vətəndaş Birliyi Partiyası 28. Demokratik İslahatlar Partiyası 29. Aydınlar Partiyası 30. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 31. Böyük Azərbaycan Partiyası 32. Azərbaycan Liberal Demokrat Partiyası Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir Geri qayıt |